Sosial mediadan istifadəni gündə 30 dəqiqə azaltmaq psixi sağlamlığı yaxşılaşdırır

Bölmə: Araşdırma › ,
Tarix: 21:59 22.01.2024

Almaniyada aparılan bir araşdırma, sosial mediadan istifadənin gündə 30 dəqiqə azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoydu. 

 

Rur Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırıldı. “İnformasiya Texnologiyaları” jurnalında dərc olunan araşdırma çərçivəsində hamısı işləyən 166 iştirakçı 2 qrupa bölünüb.

 

Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

 

Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup 1 həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb. Araşdırmalar nəticəsində ikinci qrupda olan insanlarda çox işləmək və işdən qovulma hisslərində azalma müşahidə olunub, zehni olaraq daha yaxşı hiss etdikləri və daha çox işləməyə başladıqları halları müşahidə edilib. Daha çox diqqəti cəmləyərək işlərindən daha çox məmnun olduqları müəyyən edilib.

 

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti.f Julia Brailovskaia araşdırmanın nəticəsini belə deyib: 

 

"Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi tapşırıqdan başqa yerə çəkənlərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial medianı yoxlamaq üçün işini daim yarımçıq saxlayan insanlar daha çətin anlar yaşayırlar" deyə o, şərh edib.

 

Tehran Yusifli