DİM-in test toplusu bizə kifayət etmir-EKSPERTDƏN ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 23:38 01.02.2024
"DİM-in test toplusu ədəbiyyat və Azərbaycan dili üzrə yenilənib. Burda o qədər də dəyişiklik yoxdur. Yalnız sualların yeri dəyişdirilib və bir neçə mətn nümunəsi, son illərin buraxılış və qəbul sualları əlavə olunub". Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova söyləyib.
Ekspert deyir ki, yeni mətnlər var ki, onların səviyyəsi yaxşıdır.
"Sırf DİM-in buraxılış mətnləri bu formada düşür. Biz bunları uşaqlara işlədirik. Sadəcə DİM-in test toplusu bizə kifayət etmir. Biz kursların, sınaqların test nümunələrinə, mətnlərinə müraciət edirik".
Afərim Seyidova qeyd edir ki, yaxşı olardı ki, əlavə olaraq Dim-in topluları çap olunardı.
"Bu gün üçün Dim-in mətn bazası azdır. Biz DİM-dən yeni tipli jurnal, kitab, test topluları tələb edirik. Məsələn, DİM buraxılışda nümunə olaraq keçən il test jurnalı çıxartdı və ona uyğun olaraq buraxılışa mətn saldı. Lakin bu il həmin jurnallar çıxmır. Düzdür, onlayn sınaqlar olur biz oradakı mətnlərdən istifadə edirik. Amma bunlar çox az olur".
Müsahib əlavə edir ki, dəyişikliyin olacağına gələndə isə DİM test toplusu göstərir ki, elə bir dəyişiklik olmayacaq.
"Mətn nümunələrində ancaq fakt yerinə arqument sözü işlənib. Daha çox mətnlərdə məntiqi yaradıcı və tənqidi təfəkkürü inkişaf etdirən suallar gözlənilir".
Ekspert eyni zamanda deyir ki, biz repetitorlar istəyirik ki, mətnləri DİM çox paylaşsın.
"DİM-in yeni mətn kitablarının nəşr olunmasını istəyirik. Çünki biz o mətn, test toplularına baxıb imtahanın necə olacağını müəyyənləşdirə bilirik".
Afərim Seyidova onu da əlavə edir ki, bu il Azərbaycan dili və ədəbiyyatdan DİM-in strukturunda elə bir dəyişiklik gözlənilmir.
"DİM-in sınaqları bunu göstərir. Mətndə məntiqi yaradıcı təfəkkürünü inkişaf etdirən suallar olacaq. Düzdü, məktəbdə bu yönümlü işlər aparılmasa da, biz uşaqlarda məntiqi təfəkkürü inkişaf etdirək, mətn işləmə təfəkkürünü formalaşdıraq. Azərbaycan dilindən DİM-in yeni tipli mətn testlərinə ehtiyac duyuruq. Bu yaxşı olardı ki, onlayn sınaq kimi yox, jurnal yaxud kitab kimi nəşr etdirilsin".
Müsahibin sözlərinə görə, DİM-də elə suallar var ki, onlar heç dəyişdirilməyib.
"Yeni formatlı suallar azdır. Kurikulum tələblərini ödəyən test azdır. Ədəbiyyat fənnindən test suallarında əzbərçilik özünü göstərir. Mənasız, məzmunsuz testlər görürük. Bizə daha çox əsərlərin təhlili üzərində uşağın işləyəcək, uşağın təfəkkürünü, yaradıcılığını, təhlil qabiliyyətini üzə çıxaracaq testlər lazımdır. Bu testlər ədəbiyyatda çox deyil. Ədəbiyyat testləri daha bəsitdir. Strukturda bu fənn üzrə də dəyişiklik gözlənilmir".
Afərim Seyidova vurğulayır ki, biz DİM-dən yeni tipli jurnal, kitab, test topluları tələb edirik.
"Məsələn, DİM buraxılışda nümunə olaraq keçən il test jurnalı çıxartdı və ona uyğun olaraq buraxılışa mətn saldı. Lakin bu il həmin jurnallar çıxmır. Düzdür, onlayn sınaqlar olur biz OTK mətnlərindən istifadə edirik. Amma bunlar çox az olur. Biz repetitorlar istəyirik ki, mətnləri DİM çox paylaşsın. DİM-in yeni mətn kitablarinin nəşr olunmasını istəyirik. Çünki biz o mətn, test toplularına baxıb imtahanın necə olacağını müəyyənləşdirə bilirik".
Ekspert eyni zamanda bildirir ki, nəzərə alsaq ki, hazırkı təhsil şəxsiyyətyönümlüdür, şagirdin təxəyyülünü, məntiqini inkişaf etdirən, gələcək fəaliyyətində onu istiqamətləndirəcək formada qəbul formatı daha çox fayda verə bilər.
"Sadəcə ilbəil sualların çətinlik səviyyəsi daha çox artır. Bu baxımdan abituriyentlər daha çox çalışmalı, mətnlər işləyərkən oradakı vacib faktları tapmağa çalışmalıdırlar. Biz uşaqlarla mətnin tərkib hissələri, ideyası, onun hissələrini əlaqələndirən vacib faktorları müəyyənləşdirməyə çalışırıq".
Afərim Seyidova son olaraq vurğulayır ki, buraxılış imtahanlarının iki dəfə keçirilməsi ilə bağlı fikirlər var.
"Şagirdlər bunu müsbət qarşılayırlar. Düzdü bu imtahanlar dekabr ayında keçirilərsə, bunun mənfi tərəfi olacaq. Çünki bu dəqiqə təhsil repetitorun çiyinləri üzərindədirsə, məktəb heç nə vermirsə, onda belə çıxır ki, biz dekabra qədər bütün proqramı bitirib o ağırlıq və streslə uşağı imtahana yola salmalıyıq. Burada ağırlıq bizim üzərimizə düşür. Ona görə də şans imtahanları stresli bir vəziyyətin yaranmasına gətirib çıxarır".
Vüqar Alışov