100 yaşdan yuxarı sağlam insanların 8 ümumi xüsusiyyəti
Bölmə: Araşdırma › , Maraqlı › ,Tarix: 21:13 05.02.2024
Birləşmiş Millətlər Təşkilatı (BMT) 100 yaşdan yuxarı insanların sayında əhəmiyyətli artım müşahidə edir. 1990-cı ildə 100 yaşdan yuxarı cəmi 92 min nəfər var idisə, 2021-ci ildə bu rəqəm 621 minə çatıb.
Təbii ki, genetik faktorlar və həyat tərzi böyük əhəmiyyət kəsb edir, lakin mütəxəssislər bəzi psixoloji amillərin də uzunömürlülüyünə təsir etdiyini düşünürlər.
İspaniyanın Madrid Universitetindən akademik Maria Dolores Merino illərdir yaşı 100-dən yuxarı olan insanları müşahidə edir.
O, son araşdırmalarından birində uzunömürlü insanların bəzi ümumi xüsusiyyətlərini səkkiz kateqoriyaya qruplaşdırıb.
1. Fitnes və canlılıq
100 yaşdan yuxarı olanların ən xarakterik xüsusiyyətlərindən biri fitnesdir. Özünü canlı və enerjili hiss etmək istəyi mühüm psixoloji amildir.
Tədqiqatçı Maria Dolores Merino deyir:
"Müsahibə etdiyimiz 100 yaşlı qocalar həyata davam etmək arzusunda idilər. Onlarla danışanda 100 yaşdan yuxarı olduqlarını heç vaxt təxmin etməzsən. Onlar ümumiyyətlə özündən çox daha gəncin şəxsiyyətini nümayiş etdirirlər".
Merinosun araşdırmasındakı insanlar arasında 98 yaşına qədər bir növ işləməyə davam edənlər də var.
Gündəlik işlərində pilləkənlərlə qalxıb-enmək, kart oyunları oynamaq və Sudoku həll etmək kimi fiziki və ya zehni fəaliyyətləri davam etdirirlər.
ABŞ-ın Boston şəhərində yaşı 100-dən yuxarı olan insanları yoxlayan layihəni həyata keçirən Steysi Andersenin müşahidəsi belədir:
"Bu insanların əksəriyyəti yaşamaqdan həzz aldıqlarını deyirlər. Bu heyrətamizdir".
2. Qarşılıqlı əlaqə istəyi
Araşdırmalar göstərir ki, 100 yaşdan yuxarı insanlar ümumiyyətlə ictimailəşməyə həvəslidirlər.
Maria Dolores Merino deyir: "Onların ailələri və ya dostları ilə yaxın münasibətləri var. Onlar başqalarına bacardıqları qədər kömək edirlər və özlərini sevildiklərini hiss edirlər, bu çox vacibdir".
Andersen də araşdırmasında 100 yaşdan yuxarı insanların "ekstrovert" olduqlarını və yeni insanlarla tanış olmağa açıq olduqlarını müşahidə etdi:
"Təəssüf ki, 100 yaşında olmağın bir mənfi cəhəti odur ki, tanıdığınız insanların çoxu artıq dünyada yoxdur. Bu səbəbdən yeni insanlarla tanış olmaq üçün açıq olmaq çox vacibdir."
3. Fədakarlıq və məqsəd
100 yaşdan yuxarı insanların başqa bir ümumi xüsusiyyəti fədakarlıqdır.
"Onlar ümumiyyətlə məsuliyyətli və çalışqan insanlardır. Məqsədlərinə çatmaqda qərarlıdırlar", - Merino deyir.
Andersen 100 yaşdan yuxarı insanların uşaqlarını da müayinə edib. O, müşahidə etdi ki, onlar ümumiyyətlə öz ailələrinin yolu ilə gedirlər.
"Uzun ömür ilə həyatda məqsəd qoymaq arasında əlaqə var. Bu insanların əldə etmək istədikləri məqsədləri var. Hər günün bir məqsədi var".
4. Davamlılıq
Uzun ömrün “sirləri” arasında dözümlülük və çətinliklərin öhdəsindən gəlmək gücü önə çıxır.
Çətinliklər qarşısında dözümlü olmaq və onlardan təcrübə qazanmaq uzunömürlülüklə birbaşa bağlı ola bilər.
"Bu, çox vacibdir, çünki çətinliklərlə üz-üzə qalmağa və davam etməyə imkan verir. Bu, onların psixoloji zədələnməsinin qarşısını alır", - Merino deyir.
Təbii ki, bu o demək deyil ki, bu insanlar üzülmürlər. Bununla belə, çətinliklərlə üzləşmək və “davam etmək” mühüm ümumilikdir.
5. Həyata nəzarət etmək
Digər psixoloji ortaq cəhət isə 100 yaşdan yuxarı insanların ümumiyyətlə öz qərarlarını vermələri və həyatlarına nəzarət etmələridir.
"Onlar ümumiyyətlə müstəqildirlər və həyatlarını istədikləri istiqamətə yönəldə bilirlər" deyir Merino.
“Fərqli imkanlar yaratmaq və hansının doğru seçim olduğuna qərar vermək” bu insanlarda görülən ortaq xüsusiyyətlər arasındadır.
6. İntellektual motivasiya
Aktiv beyin, maraq, öyrənmək istəyi və özünütəhsil...
Bunlar tədqiqatçıların 100 yaşdan yuxarı insanlarda müşahidə etdiyi xüsusiyyətlərdir.
Tədqiqatla məşğul olan insanlar dünyada baş verənlərlə maraqlanır və özləri üçün yeni bir şey öyrənməyə maraq göstərirlər.
"Onların əksəriyyəti, sosial təbəqəsindən asılı olmayaraq, həvəsli oxuculardır və öz kitabxanaları var" deyə Merino izah edir.
Marqarita Flores onlardan biridir. Bu günlərdə o, Papa Fransiskin tərcümeyi-halını oxuyur:
"Ancaq mən dəb jurnallarından tutmuş sevgi romanlarına qədər çoxlu müxtəlif şeylər oxuyuram" deyə əlavə edir.
7. Pozitiv olmaq
Andersenin fikrincə, 100 yaşı tamam olanların dünyagörüşü əhəmiyyətli dərəcədə müsbətdir:
"Siz demək olar ki, 100 yaşdan yuxarı adamın "kaş həyatda olmasaydım" dediyini eşitmirsiniz. Amma 40 yaşlılardan "özünüzü 100 görmək istəyirsinizmi?" deyə soruşa bilərsiniz. Soruşsanız, çoxu “yox” deyəcək".
Merinonun araşdırmasına görə, daha uzun yaşayanlar "xoşbəxtlik" mənasında deyil, "xırda şeylərlə əylənməyi bacarmaq" mənasında müsbətdirlər.
Marqarita Flores: “Hər kəs mənə “sən yaxşısan” deyir, bəli, mən də yaxşıyam”.
8. Anlayış və anlama
Nəhayət, daha uzun ömür sürənlərdə müşahidə edilən başqa bir ümumi xüsusiyyət də anlama gücüdür.
Merinosa görə, bu insanlarda düşünmə, əsaslandırma və problem həll etmə kimi idrak qabiliyyətləri önə çıxır.
“Onların davranışlarının çoxu bizi zəkaya və dərrakəyə aparır. Məsələn, onların öz-özünə öyrənmələri, xüsusi təlim almadıqları fənlərdən belə qorxmamaları, öyrənməyi sevmələri və maraqlanmaları diqqətəlayiqdir. Yaxşı xatirələrə malikdirlər və tez öyrənirlər".
Aynur Babayeva