Bu kiçik cihaz “Parkinson” simptonlarını azaldır
Bölmə: Araşdırma › ,Tarix: 12:32 09.02.2024
“Parkinson” xəstəliyi ünsiyyət problemindən qaynaqlanır: Beynin əsas təbəqəsindəki neyronların zədələnməsi dopamin səviyyəsinin azalmasına və qeyri-adi elektrik ritmlərinə gətirib çıxarır ki, bu da siqnalların neyronlar arasında hərəkətini çətinləşdirir. Beynin bədənə göndərməyə çalışdığı təlimatlar hərəkət üçün mübarizə aparır, nəticədə xəstələrdə müşahidə olunan xarakterik titrəmələr, sərtlik və yerişin donuq olması müşahidə olunur.
Bu xəstəlikdən əziyyət çəkənlər mütəmadi ritmik reaksiyalar aldıqlarında titrəmələri gözlə görülən miqdarda azalır. Bu səbəbdən Birləşmiş Krallıqdakı bir qrup mütəxəssis xəstələrin hərəkətlərinin daha əlverişli edəcək “qəpik” böyüklüyündə bir titrəşim cihazı ixtira ediblər.
2019-cu ildə Lucy Yung, Parkinson xəstəliyinin simptomlarını azaltmağı vəd edən bu cihaz fransız nevroloqun adını daşıyan Kembric mərkəzli startap olan “Charco Neurotech”in əsasını qoyub. “Charco cihazı” – “CUE1” içərisində elektrik mühərriki olan kiçik bir plastik diskdir. O, istifadəçinin döş qəfəsinin üzərində oturur, burada yüksək tezlikdə titrəyərək “Parkinson” xəstəliyinin əlamətlərini azaldır.
Parkinson simptomlarını müalicə etmək üçün də istifadə edilən dərin beyin stimullaşdırıcı implantlardan fərqli olaraq “CUE1” tibbi yapışqan istifadə edilərək dəriyə yapışır və qiyməti də ucuzdur. 371 dollar dəyərində olan cihazdan Böyük Britaniyada 2000-dən çox insan istifadə edir, 120 ölkədə təxminən 20.000 nəfər isə bu cihaza sahib olmaq üçün gözləmə siyahısındadır. “Charco” 10 milyon dollardan çox gəlir toplayıb və Böyük Britaniya, Cənubi Koreya və ABŞ’da “Parkinson” mütəxəssisləri, tibb bacıları, mühəndislər və informasiya analitikləri də daxil olmaqla 38 nəfəri işə götürüb. Məqsəd cihazın Milli Səhiyyə Xidməti və ya Medicaid vasitəsilə həkimlər tərəfindən təyin edilməsi üçün tənzimləyici orqanlar tərəfindən təsdiqini almaqdır.
Əli Məmmədli