Bəstəkar Ramiz Mirişli vəfat edib

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:04 18.04.2015

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli 81 yaşında dünyasını dəyişib.

İnformator-un məlumatına görə, bəstəkarla vida mərasimi aprelin 18-i saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq.

Azərbaycanın əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-in əməkdar incəsənət xadimi (1974), Azərbaycanın xalq artisti (1990), professor (1993) Ramiz Aqil oğlu Mirişli 16 aprel 1934-cü ildə anadan olub. 14 aprel 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.