Üçtərəfli görüşdə nələr müzakirə olunacaq? -Rəy
Bölmə: Siyasət › ,Tarix: 21:19 16.02.2024
Bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib. Mövzu ilə bağlı politoloq Tural İsmayılov İnformator.az ilə fikirlərini bölüşüb.
Tural İsmayılovun bildirir ki, Azərbaycan, Türkiyə və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edirlər.
"Bundan əvvəl dəfələrlə hər üç ölkənin xarici işlər və müdafiə nazirlərinin fərqli platformalarda olan görüşlərinə şahidlik etmişik. Bu regional konteksdə əməkdaşlığın və əlaqələrin inkişaf etdirilməsinin nə qədər vacib olduğunu növbəti dəfə ortaya qoymuş olur".
Politoloq qeyd edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan bölgənin ən önəmli ölkələri olaraq müxtəlif platformalarda əməkdaşlıq perspektivlərini və üçlü əlaqələr potensialını nümayiş etdirirlər.
"Hesab edirəm ki, mart ayında keçiriləcək görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin , eləcə də Orta Dəhliz layihəsində hansı işlərin görüləcəyinə dair müzakirələr aparılacaq. Həmçinin, hər üç ölkənin beynəlxalq siyasi platformalarda bir-birilərinə dəstəyinin daha da inkişaf etdirilməsi vurğulanacaq".
Fatimə Mustafayeva