Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü olub
Bölmə: Siyasət › ,Tarix: 16:13 17.02.2024
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.
Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.