Ermənistanın Qarabağda qeyri-qanuni qurumu bağlanır?

Bölmə: Siyasət › ,
Tarix: 13:10 19.02.2024

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi komitənin Xankəndidəki ofisinin bağlanacağına dair məlumatlara münasibət bildirib.
Ermənistan nümayəndəliyinin mətbuat katibi Zara Amatuni belə bir məsələnin gündəmdə olmadığını deyib.

 

Bəs Azərbaycanın bu məsələyə baxış bucağı hansı yerdədir ?

 

"İnformator.az" a açıqlamasında mövzuya münasibət bildirən politoloq Elşad Həsənov bildirir ki, Ermənistanın Qarabağda yaratdıqları qurumun bağlanması beynəlxalq hüquqa  uyğundur.

 

 

"Uzun illərdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı (BQXK) ofisi Qarabağda nümayəndəlik açıb. Məhz Azərbaycan ərazisinə Azərbaycandan yox, İrəvandan gedib fəaliyyət göstərirdilər. Laçın nəzarət buraxılış məntəqəsi açıldıqdan sonra həmin qurumun qeyri-qanuni və cinayət əməlləri ortaya çıxarıldı. Maşınlarında qeyri-qanuni, silah, yanacaq və s. kimi yüklərin daşınması üzə çıxdı və onların bir müddət Azərbaycan ərazisinə - Qarabağa getməsinin qarşısı alındı. Bu haqda  qəbul edilmiş qərarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yalnız Azərbaycandakı nümayəndəliyindən Qarabağ ərazisinə getməsi nəzərdə tutuldu.

İndiki halda da komitənin İrəvan ofisindən Qarabağa gəlməsinin qarşısını almalıyıq. Artıq onlar bu məsələ ilə bağlı məlumatlandırılıb".

 

Müsahibin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakının bir neçə yerində nümayəndəlikləri var.

 

"Eyni zamanda Komitənin Qarabağda yeləşən nümayəndəliyinə yalnız  Bakıdakı ofislərdən nümayəndələr gedə bilərlər. Ona görə də Ermənistanın Qarabağdakı nümayəndəliyini bağlaması beynəlxalq hüquqa uyğundur. Təbiidir ki, Bakıda olan ofisin Ermənistanın heç bir ərazisində nümayəndəliyi yoxdur. Bu səbəbdən Ermənistanın Qarabağda yaratdığı  qeyri-qanuni qurum ləğv olunmalıdır".

 

Azər Abuşov