Azərbaycan bu il çox möhtəşəm bir tədbirə ev sahibliyi edəcək-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:56 19.02.2024
"Dövlət başçımızla Münxendə keçirilən bütün görüşlər, o cümlədən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenlə olan görüş qarşı tərəfin təşəbbüsü ilə baş verib".
Bu sözləri "İnformator.az"a açıqlamasında Münxendə keçirilən görüşləri şərh edərkən Siyasi Elmlər kafedrasının professoru, politoloq Fikrət Sadıxov söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu il çox möhtəşəm bir tədbirə ev sahibliyi edəcək.
"Əlbəttə ki, bu çox önəmli bir amildir. Çünki bura toplaşan bir çox dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri çox mühim məsələləri müzakirə etməlidilər. Bu konteksdə Azərbaycanın seçilməsini, Bakıda belə bir tədbirin keçirilməsini əlbəttə ki, dünya birliyinin bir sıra siyasi liderləri və dövlət xadimləri çox yüksək qiymətləndirir. Belə bir tədbirin Bakıda keçirilməsi əlbəttə ki, Azərbaycanın həm reytinqini, həm də nüfuzunu qaldıracaq.
Azərbaycan artıq dünya siyasətində müəyyən səviyəyə qalxıb və öz mövqeyini bildirən bir dövlətə çevrilib. Əsas məsələ odur ki, dünya ölkələrinin bir sıra başçıları, beynəlxalq strukturların rəsmiləri Azərbaycanın və Azərbaycanın dövlət başçısının rolunu çox yüksək qiymətləndirirlər".
Banuçiçək Kalbalıyeva