Ermənistan terrorçu xislətini göstərməkdən çəkinmir-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 17:23 21.02.2024

Ermənilər Ağdamda turboreaktiv raket basdırıblar.

 

Belə ki, raketin yanına 120 millimetrlik minaatan mərmiləri düzülüb.

 

Kənardan idarə olunan bu tələ işə salındıqda ərazidə həm güclü partlayış, həm də partlayış qəlpəli effekt yaranır.

 

Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistan hər zaman olduğu kimi yenə də terrorçu xislətini işğaldan azad olunmuş ərazilərdə göstərməkdədir:

 

"Ermənistan nəinki hərbi, eyni zamanda insanlıq əleyhinə cinayət işləyərək, öz riyakar zehniyyətini birdaha sübut etməkdədir. Biz məhz işğaldan azad edilmiş torpaqlarda heç bir dövlətə yaraşmayan, yalnız terrorçu təfəkkürü ilə gözlənilməz minaların, partlayıcıların mülki insanlara zərər vurmaq məqsədilə quraşdırıldığının müşahidə etməkdəyik. Növbəti dəfə də keçmiş təmas xəttinə yaxın, Ermənistan tərəfinin turboreaktiv raketlərin ətrafına mina atan mərmiləri yerləşdirib məhz növbəti terroru həyata keçirmək üçün planlı mövcud olduğunu görürük və qarşı tərəf bunu etməklə, hər hansısa bir şəkildə əks-hücum zamanı kənardan idarəetmə ilə turboreaktiv raketin, ona birləşdirilmiş mina atan mərmilərin partladılması və bu zaman fuqaz, qəlpəli mərmilərin ətrafa ziyan saçaraq daha çox tələfata yol açması niyyəti ilə quraşdırılıb. Lakin heç bir halda qarşı tərəf öz məkrli niyyətinə nail ola bilmədi. Bu gün isə işğaldan azad olunmuş ərazilərdə Ermənistanın əsil simasını ortaya qoyan partlayıcılardan və minalardan geniş şəkildə istifadə, mülki insanlara maksimum zərər vurmaq məqsədi daşıyan əməllərinin bariz nümunəsidir".

 

Ekspertin sözlərinə görə, çox təəssüf ki, beynəlxalq ictimaiyyət belə halı görməməkdədir və bu da birdaha həmin təşkilatların riyakar simalarını üzə çıxarır:

 

 "Azad torpaqlarımızda bizim hazırda müşahidə edirik ki, orada quraşdırılmış zərər verici qüvvələr hər hansısa bir dövlətə deyil də məhz terrorçulara xas əməllərdir. Əlbəttə ki, Ermənistan da bunu birdaha sübut edir. Bununla paralel olaraq, qarşı tərəf hər zaman mənfi xislətinin ağır nəticələrini çəkdiyi də göz qabağındadır. Lakin biz hər zaman döyüş-təmas xətti ilə yanaşı, eləcə də mülki obyektlərdə qarşı tərəfin mənfur niyyətlərini, planlarını məhv edərək, zərərsizləşdirildiyini görəcəyik. İşğaldan azad olunmuş ərazilərimizə vətəndaşlarımızın səfəri zamanı isə onlar xüsusilə qeyd olunmuş qaydalara əməl etməklə həyatlarını risk altına atmamalıdırlar".

 

 

Aytac Kərimova