Zəif bənd İrəvandır: Fransa isə “at oynadır” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:43 21.02.2024

Məlumdur ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyətini dondurub. AŞPA-da buna daha çox “canfəşanlıq” edən Fransa idi. Ümumiyyətlə Fransanın məqsədi nədir?

 

Bu haqda politoloq İlqar Vəlizadə "informator.az"a açıqlamasında bildirib ki, Fransanın əsas məqsədi regionda öz mövqeyini möhkəmləndirməkdən ibarətdir:

 

Ermənistan zəif bənd kimi görsənir və Ermənistana təzyiq etməklə Fransa öz mövqeyini möhkəmləndirmək, regionda mövcudluğunu təsdiq etmək istəyir. Bu siyasət təkcə Azərbaycana yox, eyni zamanda, Türkiyəyə qarşı yönəlib. Fransanın digər mühüm məqsədi, Rusiyanı, Türkiyəni regionda sıxışdırmaq, onların regiondakı mövqeyini zəiflətmək və öz siyasətini, öz təsirini təkcə bu regiona yox, digər qonşu regionlara da şamil etmək istəyir. Cənubi Qafqaz Avropa, Qərb üçün vacib nəqliyyat dəhlizi sayılır. Bu regionda təsirli gücə malik olması, Fransa düşünür ki, bu ona müstəsna imkanlar qazandırır. Fəqət bu yanlış siyasətdir, Ermənistan regionda zəif bənddir".

 

Politoloqun sözlərinə görə, regionun güclü oyunçuları heç vaxt imkan verməyəcək ki, başqa bir ölkə bu regionda digər regional iştirakçıların maraqlarını nəzərə almadan "at oynatsın". Bu siyasət uğursuzluqla nəticələnəcək.

 

Gülay Qəribova