Azərbaycan Pakistandan döyüş silahları alıb? -Politoloq açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 11:23 22.02.2024

Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb. Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsini. Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnformator.az ilə fikirlərini bölüşüb. 

 

 

Oqtay Qasımovun fikirlərinə görə, Azərbaycan müstəqillik qazandığından bugünə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan və hər zaman bütün istiqamətlərdə, siyasi və diplomatik sahədə dəstəkləyən bir ölkədir.

"Azərbaycan ilə Pakistan bildiyimiz kimi çox münasibətlərə sahib olan müttəfiq dövlətlərdir. Pakistan bugünə qədər Ermənistan dövlətini tanımayan nadir dövlətlərdən biridir. Azərbaycan ilə Pakistan arasında münasibətlərin inkişafı zaman keçdikcə daha da möhkəmlənib. 44 günlük müharibədən sonra Azərbaycan ilə Pakistan bütün istiqamətlərdə, xüsusilə, texniki və əməkdaşlıq sahəsində münasibətləri inkişaf etdirməkdədir. Hal-hazırda imzalanan müqavilədə bu münasibətlərin göstəricisidir". 

 

 

Politoloq qeyd edir ki, hal-hazırda imzalanan müqavilədə adı keçən qırıcı təyyarələr və digər istiqamətlərdə də ciddi irəliləyişlərə malik olub.

"Pakistan dünyada ən güclü ordu və hərbi gücü baxımından ilk onluğa daxil olan dövlətdir. Eyni zamanda, nüvə silahına malikdir. Pakistan Aeronavtika Kompleksi son illər daha çox inkişaf edib. Hal-hazırda imzalanan müqavilədə adı keçən qırıcı təyyarələr və digər istiqamətlərdə də ciddi irəliləyişlərə malik olub. Bundan sonra da Pakistan ilə münasibətlərimiz daha da inkişaf edəcək. Xüsusilə, hərbi texnika əməkdaşlıq istiqamətində daha da ciddi addımlar həyata keçiriləcəyini görəcəyik. İmzalanan müqavilə hər iki dövlətin maraqlarına uyğun bir müqavilədir. Bu istiqamətdə atılacaq addımların daha da inkişaf etdiriləcəyini düşünürəm".

 

 

Fatimə Mustafayeva