Fransanın Ermənistanı silahlandırmasında məqsədi-Politoloq AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 19:09 22.02.2024

"Fransa Cənubi Qafqazda, xüsusilə,
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil".

 

Bu sözləri politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq göstərməsiylə bağlı danışarkən qeyd edir:

 

"Bunu son illərdə Fransanın Ermənistanın  silahlandırılmasında da aydın şəkildə görə bilərik. Ermənistan ilə Fransa arasında imzalanan sazişlər və aldığı silahlar müdafiə xarakterli və təyinatlı silahlar olduğu qeyd edilsə də, nəticə etibarı ilə bu silahların təyinatını, növlərini də yaxşı bilirik. Çünki Gürcistan ilə Azərbaycan arasındakı bəzi sazişlərə görə, bu ölkədən alınan silahlar və Azərbaycan əleyhinə gedəcək silahların təyinatını bildirirlər".



Politoloq bildirir ki, Fransanın Ermənistanı silahlandırması regionda eskalasiya və iki ölkə arasında təxribatlar fonunda başlaya biləcək gərginliyə Ermənistanı hazırlamaq məqsədi daşıyır.

 

"Paşinyanın Fransa səfərlərində və başqa formalarda Cənubi Qafqaza kimi müharibə ehtimallarında Azərbaycanın Zəngəzura keçirilməsinə kimi provokativ açıqlamalar verir. Paşinyanda buna uyğun olaraq ehtiyatla davranmağa məcbur olur. Belə olan təqdirdə Fransa regionda sülhün əldə olunmasını istəmir və zəif iradəli Ermənistanı regional və qlobal müstəvidəki siyasi ambisiyalar üçün açıq şəkildə istifadə edir".

 

 

Fatimə Mustafayeva