Rusiyada gözlənilməz hadisələr baş vermə ehtimalı yüksəkdir-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:27 22.02.2024
ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller amerikalıları Rusiyaya səfər etməməyə çağırıb.
Onun sözlərinə görə, Rusiyaya gedən istənilən amerikalı həbs olunmaq riski daşıyır.
Miller brifinqdə deyib: “Heç bir Amerika vətəndaşı hər hansı səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onlar saxlanılmaq təhlükəsi ilə üzləşirlər”.
Millerin fikirlərini "informator.az"a şərh edən politoloq Fuad Abbasov bildirib ki, ABŞ dünyanın hər hansı bir ölkəsində təhlükə olduğu zaman əvvəlcədən öz vətəndaşlarını xəbərdar edir və vətəndaşların başına gələcək bu və yaxud digər hadisədən cavabdehlik daşmamaq üçün vətəndaşların o ölkəyə getmələrindən imtina etmələrinə çağırır:
"Çox təəssüf olsun ki, bu xəbərdarlıqlardan sonra həmin ölkələrdə ya terror aktları həyata keçirir, ya çox güclü partlayışlar, müharibələr, yəni heç kimin gözləmədiyi fəaliyyətləri əvvəlcədən ABŞ dövlət departamenti nədənsə bilir və vətəndaşlarına xəbərdarlıq edir. Türkiyədə dəfələrlə meydana gəlmiş terror aktlarından bir neçə gün əvvəl ABŞ-ın öz vətəndaşlarını xəbərdar etmə faktları dəfələrlə özünü doğruldub. Bu dəfə Metyu Miller ABŞ vətəndaşlarını Rusiyaya getmələrindən imtina etməyə çağırdı və burada da başlıca səbəbini Rusiyada onların həbs olunma ehtimalının olduğunu göstərdi və xatırladıram ki, Ukraniya silahlı birliklərini dəstk olmaq ittihamı ilə Los Angeles sakini və ikili vətəndaşlıq sahibi bir amerikalı Rusiyada həbs olunub və ona 30 il həbs cəzası verilmə təhlükəsi var və bunun kimi amerikalıların Rusiyada daha da çox ola biləcəyi ehtimalı var. ABŞ bu cür insanların həyatını təhlükəyə atdıqdan sonra onları Rusiyadan çıxarma qayğısına qarışmamaq üçün əvvəlcədən onları xəbərdar edir".
Politoloqun fikrincə, yaxın aylarda Rusiyada doğrudan da çox ciddi gözlənilməz hadisələr baş verə bilmə ehtimalı çox yüksəkdir.
Samirə Musayeva