İran Zəngəzurda hərbi baza qurur ?-POLİTOLOQDAN AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 16:28 23.02.2024
İbrahim Rəisi Ermənistanın nümayəndə heyəti ilə görüşü zamanı Zəngəzurda İrana məxsus hərbi bazanın qurulması təklif edib. -Bu barədə "informator.az"-a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranın Zəngəzurda hərbi baza qurmaq istəməsi Azərbaycan üçün qəbuledilməzdir:
"İranın Zəngəzurda hərbi baza qurma istəyi həm regional, həm də dünyadakı maraqlı dairələrin narahatlığını artıracaq. İran tarixən Azərbaycan torpaqları olan qədim yurd yerlərimizə, vaxtilə qovulan soydaşlarımızın qayıtmasından narahatdır və güman edir ki,haçansa Azərbaycan bundan daha böyük nailiyyətlər əldə edə bilər.Ermənidən daha çox ermənilik İslam adına, müsəlmanlar adına ləkədir.Azərbaycanın maraqlarına zidd olan addımlar atmaq ilə İran həm qonşuluq münasibətlərinə xələl gətirir, həm də dünyada aqressiya yaradır.İran öz maraqlarını düşünür, lakin qonşusuna qarşı, özü də müsəlman qonşuya qarşı böyük xəyanət edir".
Tural İrfan əlavə edib ki, inanmıram ki, bu baza yaradılsın:
"Ermənistan da özbaşına buna qərar verə bilməz. Bu bazanın kimin əleyhinə istifadə ediləcəyi, hansı niyyətlə qurmaq istəməsi məlumdur. Türkiyə də buna razılıq verməz. Əgər bu baş tutarsa, İranın region ölkələri ilə münasibətləri tamamilə pozulacaq. Hətta bu mövzunun müzakirə edilməsi belə narahatlıq yaradır".
Vüqar Alışov