"Ermənistan iki il yox, heç iki ay da dözə bilməyəcək"-Cümşüd Nuriyev
Bölmə: Siyasət › ,Tarix: 21:59 23.02.2024
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ermənistana səfər etməyi planlaşdırır.
"İnformator.az"a açıqlama edən politoloq Cümüşüd Nuriyev səfərin baş tutması hansı proseslərə səbəb olacağı ilə bağlı fikirlərini qeyd edib:
"Cozep Borrell Azərbaycanı sevməyən adamlardan biridir. Onun daha çox Makronla şəxsi müstəvidə problemləri var. Ona görə də o bir növ Makronu siyasi cəhətdən zərərsizləşdirmək istəyir. Buna nail olacaq, ya olmayacaq, bu, onların problemidir. Cozep Borrelin Ermənistana səfəri baş tuta bilər. Onlar ancaq Azərbaycanın əleyhinə danışa bilərlər. Onsuz Borrell həmişə Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əlehinə danışıb. Yəqin ki, oradan- İrəvandan bəzi sərsəm bəyənatlar verəcək. Avropa İttifaqı bir mənalı şəkildə ABŞ-ın təkidi ilə bu addımları atır. Çünki məhz Ukrayna Rusiya münasibətlərində qarşıdurmaların da səbəbkarı onlar oldu".
Politoloq əlavə edir ki, indi Ukraynanın qurtardığını fikirləşib Rusiya üçün yeni bir müharibə məkanı açmaq istəyirlər, o məkan da Ermənistandır.
"Amma Ukraynanı özlərinin nə qədər dəstəklədiklərini başa düşmürlər. Ukrayna çox böyük bir dövlət idi. İki ildir artıq müharibə gedir. Bu iki il müddətində Ukrayna dövlət kimi məhv olub, artıq bir şey qalmayıb. Amma Ermənistan iki il yox, heç iki ay da dözə bilməyəcək, bəlkə iki gün dözə. Ona görə də Borrelin gəlməsi, Avropanın son addımı atması, Avropa Parlamentinin ermənilərin vizasının Avropa ittifaqı ölkələrinin liberallaşdırmaları- bütün bunların hamısı üzdə Ermənistanı dəstəkləyib, onu qızışdırmaqdır, Ermənistanın Rusiyaya qarşı durmasını gücləndirməkdir. Bütün bunların Azərbaycanın xeyirinədir. Barrel nə sayaqlıyırsa, sayaqlasın yenə də Azərbaycan öz imzasına hörmət edən bir dövlət olmağa davam edəcək və əlbəttə ki, Pezidentimiz də öz gücünü, iradəsini ortaya qoyub, onu təsdiq edən bir Prezidentdir".
Banuçiçək Kalbalıyeva