"Dünya siyasəti beynəlxalq hüquqla yox, gücün qanunu ilə tənzimlənir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:13 26.02.2024
Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.
Bu barədə politoloq Azad Məsiyev "İnformator.az"a açıqlmasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr bir daha onu göstərir ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir, gücün qanunu ilə tənzimlənir:
"Yaxın Şərqdə baş verən hadisələr açıq şəkildə beynəlxalq hüququn tapdalanmasıdır. İsrail dövləti yaradılarkən o dövrdə paralel olaraq Fələstin dövlətinin yaradılması barədə də qərar var idi. Təssüflər olsun ki, Fələstin dövlətinin yaradılmasına maneçilik oldu. Bu hadisələr dünya siyasətinin güc yolu ilə tənzimlənməsinin bariz nümunəsidir. Regionda və dünya siyasətində xaos yaratdı. Bu münaqişənin sonlanması regionda yeni sülhün yaranması bir qədər dalana dirənib. Fələstin dövlətinin yaradılmasına böyük güclər tərəfindən əngəl olundu. Eyni zamanda Fələstin dövlətinin yaradılmamasının günahkarlarından biri də elə Ərəb dünyasıdır. Fələstin dövlətinin yaradılmasına kəskin addımlar atılmadı".
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə xaos hökm sürür, qan tökülür və getdikcə digər dövlətlərə də sıçraya bilər:
"Münaqişənin dayandırılması üçün Fələstin dövlətində hökumətin istefası prosesə heç bir təsir etməyəcək. Sadəcə Mahmud Abbas yeni bir siyasi dəsti-xətt yeritmək istəyəcək. Amma bu da münaqişəyə son vermək demək deyil. Münaqişənin dayandırılması başda Birləşmiş Ştatlar olmaqla Qərb kalsiyası sayəsində ola bilər. Təssüflər olsun ki, ABŞ haqqı, beynəlxalq hüququ dəstəkləmir. Bu gün ABŞ İsrail dövlətinin yanında olaraq Fələstin torpaqlarının işğalına rəvac verəcək siyasi mövqe nümayiş etdirir. Yaxın Şərqdə baş verən hadisələr daha qlobal müstəvidə analiz edilməlidir. Hazırda Fələstində Mahmud Abbasın komandasında yeni istefaların münaqişəyə son qoymasına ehtimalım azdır".
Tehran Yusifli