Regionda yeni müharibə təhlükəsi gözlənilir?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 15:18 27.02.2024

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan: ‘’Türkiyə Qarabağda qardaşı ilə əl-ələ, çiyin-çiyinə dayanır’’.

Ərdoğanın bu fikirlərini yeni müharibəyə işarə kimi düşünmək olar?

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev ‘’informator.az’’a açıqlamasında bildirib ki, hazırda regionda müharibə təhlükəsi yoxdur:

 

"Ümumiyyətlə müharibədən danışırıqsa, müharibənin səbəbləri olmalıdır. Azərbaycan üçün əsas məsələ şübhəsiz ki, Qarabağ mövzusu idi. Azərbaycan 44 günlük Qarabağ müharibəsi ilə Qarabağı azad etdi. Lokal antiterror əməliyyatları ilə isə separatizmin kökünü kəsdi. Cənab Prezitendimizin dili ilə desək: ‘’Separatizmə sonuncu mismar vuruldu’’. Bütün bunları nəzərə alsaq, indiki məqamda Azərbaycan regionda nə üçün müharibə apara bilər? sualı yaranır. Ermənistan tərəfindən təbiiki revanşist duyğular, revanşist qüvvələr mövcuddur. Lakin reallıq bundan ibarətdir ki, 2-3 milyonluq Ermənistan, 11 milyonluq Azərbaycan xalqıyla baş-başa müharibə aparacaq gücdə deyil. Yəni, lokal səfərbərliklə belə Azərbaycan Ermənistandan daha çox hərbi qüvvəyə malikdir. Belə olan təqdirdə regionda müharibə balansı eyni səviyyədə deyil’’.

 

Turan Rzayev qeyd edib ki, bu gün Ermənistandan kütləvi silahlanma gedir:

 

"Fransadan, Rusiyadan, İrandan silahlar alınır. Amma bu silahlar o qədər də güclü silahlar deyil ki, Azərbaycana qarşı kütləvə qırğın törədilsin və ya müharibə edib, vəziyyəti öz xeyrinə dəyişsin. Bu vəziyyət yaxın 100 il ərzində dəyişməyəcək vəziyyətdir. Regionda hərbi toqquşma yarada biləcək faktorlar var. Təbiiki, burada Qazax və Naxçıvanın Kərki kəndindən gedir. Zəngəzur dəhlizinin aqibəti, yekun sülh müqaviləsinin imzalanması kimi məsələlər var. Lakin bunlar risk faktorudur, hal-hazırda müharibə üçün əsas deyil. Azərbaycan indiki məqamda sülh məsələsinin imzalanmasına marağlıdır və maksimum dərəcədə yekun müqavilənin imzalanmasını istəyir. İmzalanan müqavilənin fonunda da yerdə qalan məsələlərin müzakirəsini apara bilərik’’.

 

Müsahibin fikrinə görə, Ərdoğanın mesajı ilk növbədə Azərbaycan-Türkiyə stragejik tərəfdaşlıq və müttəfiqliyindən irəli gələn bir mesajdır:

 

"Nəzərə almaq lazımdır ki, iki ölkə Şuşada imzalanan müqavilə ilə rəsmi səviyyədə müttəfiqdirlər, hücum zamanı və ya müharibə vəziyyətində bir-birinə dəstək verə bilərlər. Birinci növbətə bu istiqamətdən verilən mesajdır. İkinci, təbiki regionda Fransa kimi ölkələr müdaxilə etməyə çalışır, Rusiyadan qalan güc boşluğunu doldurmaq istəyirlər, Ermənistanı bu istiqamətdə müharibəyə təhrik edirlər. Mümkündür ki, Türkiyə bu mesajla Fransanı hədəfə alır və Fransaya mesaj verilir ki, əgər Ermənistana havadarlıq edərsə, Türkiyə Azərbaycanı yalnız qoymayacaq. Fransa ilə Ermənistan strateji tərəfdaş belə deyillər. Lakin Azərbaycan-Türkiyə arasında rəsmi müttəfiqlik, Azərbaycan-Rusiya arasında Moskva müqaviləsi mövcuddur. Yəni, Azərbaycan indiki dövrdə müharibə istəmir, əksinə sülhdə maraqlıdır. Yaxınlarda Xarici İşlər Nazirliyinin görüşü baş tutacaq və belə olan təqdirdə hansısa müharibədən danışmaq yersizdir. Amma bütün faktorları nəzərə alırıq, risk faktorlarını göz önündə saxlayırıq və ehtimal gərginliyinə də hər zaman hazırıq’’.

 

 

Sevinc Yarməmmədova