Erməni cinayətkarları öz millətinin nümayəndələrini öldürüb -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 17:55 28.02.2024
1988-ci ilin fevral ayında baş verən Sumqayıt hadisələrindən 36 il ötür. Bu qırğın, Azərbaycan SSRİ-in Sumqayıt şəhərinin erməni əhalisini hədəfə alan qırğın idi. Həmin hadisələrlə bağlı tarixçi Rizvan Hüseynov ‘’informator.az’’a açıqlamasında bildirib ki, Sumqayıt hadisələri bəllidir ki, öncədən SSRİ rəhbərliyi və bir qrup xarici ölkələrin dairəsinin planlaşdırdığı bir zərbə idi. Sumqayıt hadisələrində baş verən proseslər onu göstərdi ki, həm də SSRİ-nin dağılmasında vacib hadisə oldu:
‘’Sumqayıt hadisələrinin ardında duran SSRİ Təhlükəsizlik Xidməti və siyasi dairələrinin məqsədi ondan ibarət idi ki, Azərbaycan-Ermənistan münaqişəsi alovlansın, xarici erməni tərəfdaşları Avropada, Amerikada, SSRİ-nin bütün mətbuatında xəbər yayılsın ki, ‘’əzabkeş erməni xalqı yenə qırılır’’. 1915-ci ilin yalançı soyqrımını bütün dünyaya tanıtdıran ermənilər bunun üzərindən yeni bir oyun qururlar, ‘’Azərbaycanda erməniləri qırırlar’’ , ‘’ermənilər burada yaşaya bilməz’’ kimi fikirlər yaradırdılar. Bu hadisələr, Dağlıq Qarabağ münaqişəsinin əsas təkan rolunu oynadı və bütün sonraki erməni millətçilərinin cinayətlərini əsaslandırdı’’.
Rizvan Hüseynov qeyd edib ki, əslində, bu hadisələr nəinki Sumqayıt əsasən Bakıda, Gəncədə yəni, əhalisi çox olan bir sıra Azərbaycan SSRİ-nin şəhərlərində baş verməsi nəzərdə tutulan bir addım idi. Bunlada, belə bir fikir yaranmalı idi ki, ‘’kütləvi olaraq erməniləri qırırlar’’. Erməni tərəfi bunu hər zaman istifadə etdi: Azərbaycanlıların kütləvi deportasiyasında, qovulmasında, azərbaycanlıların qırılmasında və s.:
‘’Proses hələ 1987-ci ilin sonlarından başlamışdı. Bu proseslərə daha geniş təkan vermək üçün, azərbaycanlıların Dağlıq Qarabağdan qovulması üçün, Sumqayıt hadisələri əsas kimi göstərildi. Güya ki, ‘’ermənilər qırılır, onlar müdafiə olunmalıdırlar’’. O zaman, azərbaycanlıların da dünyaya car çəkib həqiqətləri çatdırmaq kimi imkanları yox idi. Dünya Sumqayıt hadisələrini belə anladı ki, ‘’ermənilər qırıldıqdan sonra haqlı olaraq erməni xalqı mübarizəyə qalxdı və qalib gəldi’’. Ona görə də, biz indiyə kimi Sumqayıt hadisələrinin əsas səbəblərini, erməni millətindən olan iştirakçıları haqqında məlumatları dolğun çatdıra bilmirik. Biz maksimum olaraq Sumqayıt hadisələri haqqında məlumat çatdırmalıyıq ki, daha çox kütlə bundan xəbərdar olsun, həmin hadisələrin iştirakçıları da elə məhz erməni-sovet Milli Təhlükəsizliyinin əməkdaşları idi. Erməni millətçiləri, cinayətkarları öz xalqının nümayəndələrini öldürüb’’.
Sevinc Yarməmmədova