"Bu hal Gürcüstan-Azərbaycan münasibətlərinə təsir edə bilər"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 10:24 29.02.2024
Fransa Ermənistanı silahlandırır və bunun üçün Ermənistanın Müdafiə naziri Suren Papikyan dəfələrlə Parisə gedərək aralarında müdafiə məsələləri ilə bağlı bir sıra sazişlər imzalanıb. Eyni zamanda Fransa ordusu qarşı tərəfin ordusuna kadrların hazırlanmasında da xüsusi diqqət göstərir".
Bu fikirləri Ermənistanın yenidən hərbi texnika ilə təmin olunmasını şərh edərkən "informator.az"a açıqlamasında politoloq Elşad Həsənov bildirib. Politoloq qeyd edib ki, Qarabağdan çıxarılan qeyri-qanuni Erməni silahlı dəstə üzvlərinin böyük əksəriyyəti Fransada hərbi təlimlər keçərək, yeni taktik təlimlər öyrənirlər:
"Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda oldu və o, özü ilə MBDA, NEXSTER, SAFRAN və bu kimi ölkəsinin böyük silah istehsal edən şirkətlərini gətirdi. Bu addımla isə onlar 350-450 milyon dollar həcmində kontrakt bağladılar. Eləcə də, Ermənistan Hindistandan da 245 min dollarlıq reaktiv pinaka qurğuları, tank əleyhinə raket, silah-sursatlar əldə edəcək ki, bütün bunların hər biri Fransa və digər yardım əli uzadan ölkələrin qarşı tərəfi silahlandıraraq, onu müharibəyə hazırladığını göstərir. Belə bir yardım, hava və quru yolu ilə gələ bilər".
Politoloqun sözlərinə görə, Ermənistan quru yolu ilə yalnız Gürcüstan vasitəsilə silah ala bilər:
"Digər ölkələrdən əlverişli hesab olunmur, lakin quru yol vasitəsilə də bu hal biraz çətindir. Çünki hər halda ölkə Azərbaycanla olduğu kimi, Ermənistanla da strateji müttəfiqdir və məsələ ilə bağlı Avropa İttifaqı da Gürcüstana düşmən tərəflə bağlı müəyyən təziqlər göstərir. Gürcüstandan Ermənistana hər hansı bir yardım təşkil olunarsa, Gürcüstan-Azərbaycan münasibətlərində də bir sıra dəyişikliklər mövcud ola bilər. Fransanın rəhbərliyi ilə böyük hərbi şirkətlərin Ermənistana gəlişi, ərazidə hərbi istehsal, onun fəaliyyəti ilə bağlıdır ki, bunun üçün də müəyyən vaxt lazımdır".
Aytac Kərimova