Türkiyə və Ermənistan münasibətləri normallaşır ?-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:27 01.03.2024
Ermənistan XİN başçısının Türkiyəyə səfəri gözlənilir. Görüşdə hansı məsələlər müzakirə olunacaq ? İki dövlət arasında münasibətlər normalaşa bilərmi ?
Bu barədə politoloq İlyas Hüseynov "informator.az"a açıqlamsında bildirib ki, Ermənistan Türkiyə ilə diplomatik əlaqələri bərpa etmək niyyətindədir:
"Ermənistan XİN rəhbəri Arorat Mirzoyan Türkiyəyə səfər edəcək və Antalya Diplomatik Forumunda iştirak edəcək. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən keçir. Ermənistan həm Azərbaycanın tələblərini yerinə yetirməli, həm də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə təmin olunmalıdır. Zəngəzur dəhlizinin açılması, müstəsna əhəmiyyətə malikdir. Və Türkiyə məhz bu görüş çərçivəsində Ermənistana basqı və təzyiqlər edə bilər. Çünki Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanan bəyanatın 9-cu maddəsində göstərilən tələbləri və öhdəlikləri yerinə yetirmir. Kənar oyunçuları regiona dəvət edir.Xüsusilə kütləvi surətdə silahlanma regional təhlükəsizlik üçün böyük təhdidlər formalaşdırır".
Ekspert vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda mövqeyi möhkəmlənən dövlətdir:
"Regional sülhün qorunması istiqamətində Bakı və Ankara arasında tarixi Şuşa bəyannaməsi imzalanıb ki, bu bəyannamə böyük bir coğrafiyada təhlükəsizliyin qorunmasının əsas təminatçısı kimi çıxış edir. Görüşdə bir sıra məsələlər müzakirə olunacaq. Zəngəzur dəhlizi, münasibətlərin normalaşması, və Ermənistanın kənar oyunçuları regiona gətirməklə sülh prosesini dondurmaq kimi xam xəyallardan uzaqlaşmasına dair tələblər səslənəcək".
Vüqar Alışov