"Böyük müharibə İsrail üçün faciəvi bitə bilər"-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:20 01.03.2024

İsrail Livanla sərhəddə döyüşə hazırlaşır ? İsrail Livanla sərhədə çox sayda hərbi texnika göndərib.

 

Bu barədə "informator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İsrailin əsas qayəsi bu qarşıdurmada gərginliyi artırmaqdır:

 

"İsrailin əlavə bir istəyi var ki, Livanın cənubunda olan Hizbullah təşkilatının da prosesə qatılmasını təmin etsin.Yəni faktiki olaraq bir münaqişənin beynəlmiləlləşdirilmə cəhdlərini görürük.İsrail cəmiyyəti artıq bu ötən ilin sonundan başlayan qarşıdurmadan yorulub. Və bu müharibənin hər günü İsrailə çox baha başa gəlir. 250-300 milyon civarında vəsait xərclənir. 300-ə yaxınlaşan İsrail hərbçisinin ölümü cəmiyyətdə bir mənalı qarşılanmır. Sülhsevər qüvvələr, Baş nazirdən tələb edirlər ki, bu müharibəyə son qoysun".

 

Ekspert düşünür ki, ABŞ və Avropa cəmiyyətində İsrailə bağlı çox böyük qıcıq yaranıb:

 

"Əgər İsrailin Hizbullah təşkılatı ilə qarşıdurma planı varsa, ona nail ola bilər. Bu çox real görünür. Ancaq İsrail dövləti bu vəziyyətdən necə çıxması, çox böyük müəmmalar doğuran məqamdır. Əgər İsrail bu adımı atarsa, həqiqətən yaxın şərqdə böyük müharibə planı var. Siyasi cəhətdən İsrail təklənib. Misirdə artıq düşünməyə başlayıb ki, bu prosesdə hansı mövqeyi tutacaq. Əgər dünənə qədər Misir İsrailin həm qonşusu, həm də müttəfiqi sayılırdisa, demək olar ki, indi bu belə deyil. Bu böyük müharibə İsrail üçün faciəvi bitə bilər".

 

 

Asiman Hafizqızı