"Bunun Rusiya-Ukrayna müharibəsinə ciddi bir təsiri olmayacaq"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:51 01.03.2024
ABŞ Ukraynaya Pentaqonun anbarından sursatlar göndərməyi planlaşdırır.
Bəs bu addım Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir göstərəcək?
Mövzuyla bağlı politoloq Turan Rzayev "informator.az"a açıqlamasında qeyd edir ki, müharibənin taleyini təkcə silahlar həll etmir, eləcə də canlı qüvvə mövzusu var:
"Reallığa baxdıqda Rusiya belə bir mübarizədə ön plandadır. Təbii ki, kütləvi qırğın silahlarının tətbiqi bir çox hallarda öz təsirini göstərə bilər, lakin aydın məsələdir ki, Amerika Ukraynaya Pentaqonun anbarından sursatların göndərilməsi deyərək, köhnə, istismar müddəti bitməsinə az qalmış silahları nəzərdə tutur ki, bu da biraz yardımdan çox, silahlardan qurtulmaq kimi mənaya gəlir. Səbəb isə, köhnə silahların müəyyən xərclərinin olmasıdır. Bu tip vasitələrin üçüncü dünya ölkələrinə göndərilməsini Amerika illərdir ki yerinə yetirir, sadəcə Ukrayna üçün bu gün bunu bir jest adı altında edir".
Atılan addımın təsirinə gəlincə isə politoloq bildirir ki, bunun Rusiya-Ukrayna müharibəsinə ciddi bir təsiri olmayacaq:
"Təsir göstərə biləcək sursatlara F-16, F-35 tipli strateji silahlar daxildir və reallıq isə ondan ibarətdir ki, işğal prosesi hələ ki davam edir, Ukraynanın bununla bağlı edəcəyi bir şey yoxdur. Məsələ ilə bağlı Qərbin düşüncələri isə ziddiyyət təşkil edir".
Aytac Kərimova