"Sülhməramlıların müvəqqəti olaraq ölkəmizdə qalması bizim etibarımızın göstəricisidir"-POLİTOLOQDAN AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 17:57 04.03.2024
2020-ci il 10 noyabr bəyanatına görə sülhməramlılar 5 illik Qarabağ da yerləşəcəklər. Tərəflərdən birinin etirazı olmazsa, daha 5 il müqavilə uzadılacaq.
Qərbin Qafqaza olan marağını nəzərə alsaq deyə bilərikmi Azərbaycan artıq regionda fərqli bir siyasət yeritməyi düşünür ?
Bu barədə "informator.az"a açıqlamsında politoloq Tural İrfan bildirib ki, Qarabağda yerləşən rus sülhməramlıları şübhəsiz ki, vaxtı çatanda çıxmalıdır. Ancaq düşünülmədən və məqamı çatmadan onları zorla çıxarmağa da ehtiyac yoxdur:
"Rusiya ilə Azərbaycan arasında vəziyyət o halda narahat həddə olurdu ki, Rusiya Ermənistana açıq dəstək verir, bizim əleyhimizə siyasət aparırdı. Bu gün isə situasiya fərqlidir. Ermənistan tamamilə Rusiyaya arxa çevirib və onunla əlaqələri korlamaq üzrədir. Belə bir vəziyyətdə Azərbaycan şübhəsiz ki, öz xeyrinə istifadə etməlidir. Sülhməramlıların müvəqqəti olaraq ölkəmizdə qalması bizim etibarımımızın göstəricisidir. Rusiya Qafqazda sülhün davamlı olmasına zəmin yaratdığı halda şübhəsiz ki, regionun aparıcı dövlətlərindən biri kimi təsiri də qalacaq. Qərbin Qafqaza demokratik dəyərlər, söz azadlığı kimi şüalar adı altında eyni zamanda mənfiliklər də gətirdiyi müşahidə olunur. Fransa kimi ermənipərəstə dövlətin Qafqaza marağı varsa, biz şübhəsiz ki, Azərbaycana bir addım yaxın olan, Ermənistandan getdikcə uzaqlaşan Rusiya ilə səmərəli siyasət qurmalıyıq".
Ekspert vurğulayıb ki, Azərbaycan ümumiyyətlə regionda və dünyada davamlı sülhün və inkişaf edən əlaqələrin tərəfdarıdır:
"Şübhəsiz ki, Avropa ölkələrinə də məsələlərə, problemlərə tərəfsiz, ədalətli yanaşdığı halda xoşməramlı münasibətini əsirgəməyib. Ancaq Frasansa kimi dövlətin açıqca Azərbaycan əleyhinə, erməni revanşistlərini dəstəkləməsi, silah verməsi region üçün ciddi təhlükə yaradır ki, bu da həmçinin Rusiyanı da narahat etməyə bilməz".
Ekspert əlavə edib ki, Azərbaycan balanslı siyasət aparır və həm Rusiya, həm də Qərbin Qafqazda stabil siyasət çərçivəsində normal əlaqələrinin inkişafına tərəfdardır:
"Rusiya Qafqazda zəifləsə belə Azərbaycanın apardığı siyasət nəticəsində ölkəmiz heç nə itirməyəcək. Çünki bizim həm Qərb, həm də Rusiya ilə iqtisadi, siyasi əlaqələrimizin olması, bunun sayəsində də Qərb ilə Rusiya arasında baş verən narahatlıqların bizə heç bir təsiri olmayacaq. Qərb və Rusiya bizə daha çox möhtacdır, nəinki bizim Qərbdən gözləntilərimiz... Son zamanlar Qərb özünü doğrultmur. 30 ilə yaxın Qarabağ məsələsinə susan da Qərb idi. Odur ki, "uzaq qohumdan yaxın qonşu yaxşıdır" prinsipinə uyğun olaraq Rusiya ilə əlaqələri normal saxlamaq daha uyğun və sərfəlidir".
Vüqar Alışov