Rusiya Qafqazda büdrəyə bilər ?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:21 04.03.2024

"Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir"-Sergey Lavrov

 


Sergey Lavrovun sözlərinə münasibət bildirən politoloq Oqtay Qasımov "informator.az"a açıqlamasında bildirib ki, Ermənistanın KTMT-dən çıxmağı ilə bağlı qərar verərsə, bu qərar Rusiyanın nüfuzuna xələl gətirilməsi kimi qiymətləndiriləcək:

 

"Eyni zamanda Rusiyanın hərbi cəhətdən Qafqazdakı rolunun azaldılması kimi qəbul olunacaq. Bu baxımdan Rusiya belə məsələlərə həssas yanaşır. Bunun baş verməməsi üçün əlindəki imkanlardan istifadə etməyə çalışacaq. Rusiyanın Ermənistana təsir üçün müxtəlif imkanları var. Buraya həm hərbi, həm də iqtisadi və digər istiqamətlər daxildir. Bir nüansı da qeyd etmək lazımdır. Hazırda Rusiyada, Ermənistanda yaşayan ermənilərdən 2 dəfə çox erməni yaşayır. Bu zaman məsələnin mürəkkəbliyini başa düşmək olar. Rusiyanın təmkinli davranmağının bəzi səbəbləri var. Bunlardan biri odur ki, Rusiya açıq şəkildə anlayır ki, Ermənistanda hazırda antirus ovqatı yüksəkdir. Ona görə də, Ermənistanda olan tərəfdarlarını pis vəziyyətə qoymamaq üçün hələlik radikal addımlar atmalıdır. Bu məsələdə səbrli davranır. Ermənistan hansı cürətlə Rusiyaya qarşı baş qaldırır ? Bu məsələyə gəldikdə isə nəzərə almaq lazımdır ki, Ermənistanda hazırda hakimiyyətdə olan siyasi komanda qərbyönümlü komandadır və qərblilərlə kifayət qədər sıx münasibətləri var".

 


Politoloq əlavə edib ki, Qərbdən ən əsasda Fransadan Ermənistan ciddi şəkildə təşviq olunur:

 

"Kollektivlər, NATO, Avropa İttifaqı Rusiyanı Güney Qafqazdan çıxarılmasında maraq göstərirlər. Məhz bu təşviqlər nəticəsində Ermənistan tərəfi bu cür cəsarətli sayıla bilən açıqlamalar verməkdədir. Ona görə də, Ukraynada yaranan vəziyyət, o savaşın gedişatı və nəticələri təbii ki, bölgəyə ciddi şəkildə təsir edəcək.Hazırda da Ukrayna cəbhəsində təşəbbüsün Rusiyada olduğunu nəzərə alsaq, əlbəttə ki, Rusiya ikinci cəbhənin tezliklə açılmasına maraq göstərməsə də, Ukraynada müəyyən bir nəticə əldə etdikdən sonra düşünürəm ki, Ermənistandakı və Güney Qafqazdakı məsələlərə aktiv şəkildə müdaxilə etməyə çalışacaq".

 

 

Lalə Qafarova