BMT-Azərbaycan münasibətləri: Nələr gözlənilir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:39 04.03.2024

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik qazandı və BMT ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq bərqərar olundu. 1992-ci ilin martın 2də Azərbaycan BMT-nin üzvlüyünə qəbul edildi. Mayın 6-da Azərbaycanın BMT-nin nəzdində Daimi Nümayəndəliyi açıldı. Artıq BMT ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın bərqərar olunmasından 32 il keçir.

 

32 il müddətində bu təşkilatın Azərbaycan üçün hansı önəmli qərar və qətnamələri olub ? Bu əməkdaşlığın uzunömürlü olması üçün hansı addımlar atılmalıdır ?

 

Məsələylə bağlı "İnformator.az" a açıqlama verən politoloq Ramiyə Məmmədova qeyd edir ki, biz regionda müstəqil bir dövlət olaraq öz siyasi gücümüzü bütün ölkəyə göstəririk:

 

"Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik qazandı. Bu ərəfədə ermənilər Qarabağ məsələsini qaldırdığına görə Azərbaycan başda BMT olmaqla xarici qurumlara müraciət etdi. BMT-ə olan müraciət əsasən ermənilərin yalan torpaq iddiası ilə bağlı idi. Bununla bərabər bir neçə qətnamə qəbul olundu. Kəlbəcərlə bağlı 822-ci , Ağdamla bağlı 853-cü, Qubadlıyla bağlı 874-cü 884-cü Hərb əməliyyatlarının dayandırılması qətnaməsi idi ki, bu qətnamələrin heç biri həyata keçmədi".

 

Politoloqun sözlərinə görə, neçə illər boyu BMT-nin nümayəndələri Qarabağa məqsədyönlü gəlsələr də, çıxışlarında Qarabağ mövzusu haqqında danışsalar da, digər qərb dövlətləri kimi heç bir zaman Azərbaycanın tam tərəfində olmadı:

 

"Hazırda da Azərbaycan BMT münasibətləri o ərəfələrdən heç də fərqlənmir. 30 ildə Azərbaycan üçün heç bir şey etməyən qurum bundan sonra etməyi şüphə altındadır. Regionda müstəqil dövlət olaraq dünya siyasətində öz gücümüzü göstəririk. Biz bu günümüzdə beynəlxalq qurumlarla əmakdaşlıq edirik və etməliyik. Bu münasibətlərin uzunömürlü olması üçün tək Azərbaycan deyil, beynəlxalq qurumlar da Qarabağ və Qarabağ kimi digər məsələlərdə doğru tərəfdə yer almalıdırlar".

 

 

Azər Abuşov