Ramazan ayında İsrail-Fələstin münaqişəsi bitəcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:13 04.03.2024

8 İnkişaf etməkdə olan Ölkənin (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi səfir İsaaka Abdulkadir İmam, Antalya Diplomatik Forumunun (ADF) əhatə etdiyi mövzuların müxtəlifliyindən çox təsirləndiyini bildirib. O, İsrailin Qəzzaya hücumları ilə bağlı Ramazan ayının yaxınlaşmasına toxunub:

 

"Ramazan yaxınlaşır, atəşkəs əldə olunarsa, müsəlmanlar üçün bir o qədər xeyirli olar. İsrail Qəzzaya hücumunda 30 mindən çox insanı həyatını itirib və nəticədə baş verən dağıntılar çox pisdir. Bu, bizim üçün çox kədərli və narahatedicidir. Mən şəxsən narahatam və bütün D8 üzvləri eyni dərəcədə narahatdırlar".

 

İmamın fikirlərini "informator.az"a şərh edən politoloq Turan Rzayev bildirib ki, qarşıdan Ramazan ayı gəlir və Ramazan ayı boyunca atəşkəsin olunması istər İsrail tərəfdən, istərsə də Həmas tərəfdən olduqca müsbət addım olacaq:

 

"Nəzərə almaq lazımdır ki, müharibənin fəsadları ən çox mülkü şəxslərə dəyir. Ən azından döyüşlərin müqəddəs ayda dayanması vacibdir. Bu təkcə Ramazan ayı ilə bağlı deyil, paralel olaraq yəhudilərin bayramları ilə əlaqədar bənzər addımlar atıla bilər. Məsələn, Şabat bayramında və yaxud digər bayramlarda dayandırıla bilər.

Digər tərəfdən onu da qeyd etmək lazımdır ki,atəşkəsin indiki məqamda elan edilməsi, diplomatik sferada tərəflərin danışıqlar masasına qayıtması və müəyyən bir razılığa və konsepsiyaya gəlməsini labüd edir. Belə olan təqdirdə atəşkəs sonrası danışıqların davam etməsi ümidlərini artırır".

 

Politoloqun fikrincə, hazırda danışıqların gedilməməsinin ən önəmli səbəbi İsrail tərəfinin Həmasa qarşı olan prinsipial mövqeyi, yəni bir mənalı şəkildə müharibədə məğlub etmə istəyi, digər tərəfdən Həmas tərəfinin inadkarlığıdır:

 

"Bu yaxınlarda ABŞ-da atəşkəslə bağlı təklifi oldu, amma buna razı olmadılar. Ümumi olaraq, bu proseslər fonunda atəşkəsin əldə olunması hələki çətindir. Amma Ramazan ayı boyunca atəşkəs əldə olunacaq.

Nəzərə almaq lazımdır ki, İsrailin özündə də minlərlə İslam dininə etiqad edən şəxslər yaşayır, hətta İsrail parlamentində müsəlman deputatlar mövcuddur. Yəni bu təkcə İsrailin Qəzza məsələsində atdığı addım deyil, həm də öz daxili auditoriyasında da atacağı bir addımdır.

 

Hesab edirəm ki, İsaaka Abdulkadir İmamının qeyd etdiyi məsələ reallığı əks etdirir".

 

 

İlhamə Nurəhmədova