Azərbaycan-Bolqarıstan münasibətlərində nələr gözlənilir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 13:26 05.03.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

 

Görüşü "informator.az"a şərh edən politoloq Elşad Həsənov qeyd edib ki, görüşdə Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamını çatdıraraq, ölkə başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və Azərbaycan-Bolqarıstan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də addımlar atılacağını bildirib:

 

"Söhbət ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətlər arasındakı münasibətlərin strateji müttəfiqlik və Bolqarıstanın hər zaman dəstəkçi bir dövlət olduğunu vurğulayıb. Eyni zamanda qonaq, AŞPA-nın(Avropa Şurası Parlament Assambleyası) Azərbaycana qarşı qərəzli mövqesi ilə bağlı etirazlarını da söyləyib. Bunu da qeyd etmək lazımdır ki, tərəflər arasında 2015-ci ildə strateji müttəfiqlik haqqında müqavilə imzalanıb və Bolqarıstan AŞPA-ya daxil olan 8 ölkələrdən biridir ki, Azərbaycanla strateji müttəfiqliyi var".

 

Politoloq söyləyib ki, Xalq Məclisinin sədri, Yaşıl və bərpa olunan enerji sahəsi layihəsinin üstünlüklərini qeyd edərək, layihədə iştirak etmək istədiklərini vurğulayıblar:

 

"Belə bir təklif Azərbaycan tərəfindən isə , təbii ki, müsbət qarşılanıb. Payız ərəfəsində "COP-29" adlı iqlim təhlükəsizliyinin qorunması ilə bağlı tədbirin Azərbaycanda baş tutacağı, dünyanın bütün ölkələrinin əksər nümayəndələrinin iştirak etməsi ölkəmiz üçün bir üstünlükdür və qarşı tərəfdən də belə bir hal xoş qarşılanıb. Bizim Bolqarıstanla münasibətlərimiz dost münasibətidir, hər zaman da dövlətlərarası qarşılıqlı dəstək mövcud olub. Baş tutan görüşdən sonra isə tərəflər arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir".

 

 

Aytac Kərimova