"Misir Ermənistanın bu fikirlərinə adekvat cavablar verəcək"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:34 05.03.2024

Ermənistanın baş naziri Nikol Paşinyan Misirə səfər edib. Bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan öz sosial şəbəkəsində paylaşıb. O, səfər çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və digər rəsmi şəxslərlə danışıqlar aparacaq.

 

Bu barədə politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür:

 

"Paşinyan hansı dövlətə səfər edirsə, həmin dövlət xarici siyasətdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Paşinyan Misirə səfərində də böhtanlı təbliğat aparacaq. Misir və Azərbaycan arasında əlaqələr genişdir. Misir Ermənistanın bu fikirlərinə adekvat cavablar verəcək. Təəssüf ki, Ermənistan nə beynəlxalq hüquq normalarına, nə də siyasi reallıqlara söykənir. Sadəcə hakimiyyətində anti-Azərbaycan fikirlərindən əl çəkmir. Günümüzdə Ermənistan bəzi xarici ölkələrlə əməkdaşlıq edir və sürətli silahlanmaya üstünlük verir. Bu da heç bir hüquqi normaya uyğun deyil".

 

İlahə Həsənova