Azərbaycan Pakistandan qırıcılar alır ?-POLİTOLOQDAN AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:54 05.03.2024

Azərbaycan və Pakistan arasında protokol imzalanıb. Azərbaycan və Pakistan arasında diplomatik münasibətlər gündən-günə inkişaf edir.


Bu barədə "informator.az"a açıqlamasında politoloq İlyas Hüseynov qeyd edib ki, Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri uzun bir tarixə söykənir:


"Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biridə qardaş Pakistan olub. Pakistan Azəbaycanın haqq işinə, ədalət savaşına hər zaman dəstək verib, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyib. Türkiyə və Pakistanın Azərbaycanı siyasi arenada dəstəkləməsi, qürur vericidir. Müharibədən sonrakı dövrdə də, dövlətlər arasında əməkdaşlıq inkişaf etdi. Bakı bəyannaməsi və eyni zamanda tarixi əhəmiyyətli bir protokul imzalandı".

 

Politoloqun sözlərinə görə, bu protokol sayəsində Azərbaycan Pakistandan qırıcılar alacaq:

 

"Qırıcılar yüksək göstəricilərə malikdir. Bu qırıcılarını saxlanma xərclərinin aşağı olması, özü bir üstünlükdür. Azərbaycanın Pakistandan qırıcılar alması, bizim bir növ təhlükəsizliyimizi təmin edəcək. Pakistandan alınan qırıcılar regionda riskləri minimuma endirəcək. Pakistanın Azərbyacana dəstək verməsi, Hindistanı narahat edir. Pakistan və Hindistan arasında bir gərginlik var. Hindistanın Ermənistana dəstək verməsi, regionda sabitliyi pozur. Və bu dəstək məkirli xarakterlidir. Hindistan, Fransanın istəkləri üzərinə İran üzərindən Ermənistana dəstək verir".

 

 

Vüqar Alışov