"Rusiyanın başqa çıxış yolu yoxdur"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:14 06.03.2024
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib ki, Bundesver zabitləri arasındakı söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir:
“Bundesver zabitlərinin söhbətini raket və tank oyunları kimi təqdim etmək cəhdləri pis niyyətli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”.
O etiraf edib ki, “mülki siyasi rəhbərliyin bununla heç bir əlaqəsi yoxdur”.
Medvedevin fikirlərini "informator.az"a şərh edən politoloq Cümşüd Nuriyev bildirir ki, hazırda Ukrayna ilə müharibə aparan Rusiya yeni müharibəyə hazır deyil:
“Dmitri Medvedev həddən artıq aqressiv danışır və bütün hallarda onun məlumatlarının nə qədər doğru olduğunu təsdiqləmək bir qədər çətindir. Rusiyanın təhlükəsizlik orqanları dünyanın ilk beşliyinə daxil olan orqanlar olduğu üçün, hər halda məlumatlarında həqiqəti əks etdirən sözlər var. Almaniyanın müharibəyə hazırlaşmasında qeyri-adi bir şey yoxdur, çünki Almaniyanın ordusu yoxdur. Almaniya təhlükəsizlik konsepsiyasına görə ancaq budesverkoles var ki, bunlar lazım olduqda ordu statusunda çıxış edirlər. Çünki “II Dünya müharibəsindən” sonra ABŞ-ın təklifi və təkidi ilə Almaniyanın ordu yaratmaq hüququ yoxdur. Federariv və demokrativ respublikalar birləşdikdən sonra qanunlar federativ respublikadakı qanunlarda qalıb”.
Politoloq qeyd edir ki, belə bir şəraitdə Almaniyanən hansı güclə müharibə aparacağı anlaşılan deyil və hazırda Almaniyanın müharibəyə başlaması mümkünsüzdür:
“Almaniya yeni müharibəyə- III Dünya müharibəsinə başlaması dünyanın sonu deməkdir. NATO dövlətləri başda Rusiya olmaqla yer üzündən silinə bilər. Hazırda Ukrayna ilə müharibə aparan Rusiya yeni müharibəyə hazır deyil. Birmənalı olaraq müharibənin başlaması qaçınılmaz olsa, Rusiya nüvə silahlarından istifadə edəcək, çünki Rusiyanın başqa çıxış yolu yoxdur. Belə bir şəraitdə hər nə qədər iqtisadiyyatı inkşaf etmiş olsa da, Almaniyanın müharibə etməsi əbəsdir. Almaniyanı müharibəyə sövq edən ABŞ-dır. Hər nə qədər rol oynadığı görünməsə də, əsas məqsəd iki dövləti çökdürmək və dünya üzrə qalib çıxmaqdır”.
Azər Abuşov