"Bu gərginlik yüksələn xətt üzrə davam edəcək"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 19:32 07.03.2024
"Hazırda dünyada baş verən ümumi proseslər, bir çox bölgələrdə qanlı toqquşmalar və müharibələr, həm yaxın şərqdə, həm Rusiya Ukrayna arasında, eyni zamanda da hazırda Cənubi Qafqazda gərginlik hökm sürür. Bütün bunların fonunda ABŞ-İran münasibətləri gərginləşmək üzrədir".
Bu sözləri "informator.az"a açıqlamasında politoloq Sahil Kərimli söyləyib. O bildirib ki, İranın ABŞ-ın tankerini saxlaması, qarşılıqlı hədələr, soyuq müharibə uzun müddətdir davam edir:
"Bu gərginlik qarşıdakı günlərdə, aylarda daha da yüksələn xətt üzrə davam edəcək. Nəzərə alsaq ki, Bayden hakimiyyəti dövründə İranla münasibətlərdə loyallıq müşahidə olunur, amma qarşıdakı aylarda prezident seçkiləri nəticəsində Trump hakimiyyətə gələrsə, İranla münasibətlər daha da gərginləşə bilər.
İran daim bölgədə ABŞ-ın maraqlarına zidd olan addımlar atır və ABŞ-da bu istiqamətdə sərt cavab tədbirləri görür. Hazırda İsrail -Həmas qarşıdurmasında da var İran müəyyən fəallıq göstərir. Bu da İran - ABŞ əlaqələrini daha da gırginləşdirir".
Politoloqun sözlərinə gorə, ABŞ və İran arasında hərbi qarşıdurma gözlənilmir.
Vüqar Alışov