“Azərbaycanda film sahəsinin inkişafı üçün müəyyən addımlar atılmalıdır"-Rejissordan açıqlama

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:35 07.03.2024

Azərbaycanda kino istehsalı və dublyajla məşğul olan şirkətlərin üç il müddətinə əldə etdikləri gəlirin 75%-nin vergidən azad edilməsi təklifi irəli sürülüb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

 

Kinematoqrafiya sahəsinin vergidən azad edilməsi yerli film istehsalına necə təsir edər?

 

“İnformator.az” a açıqlamasında rejissor Natiq Novruzov məsələyə münasibət bildirib. 

 

Bu, film, serialın inkişafı üçün önəmli addımdır. Çünki bu halda sahibkar hər hansı film şirkətinə maddi yardım göstərir və müəyyən vergilərdən azad olunur. 

 

Onun sözlərinə görə, hər bir sahibkar 100 min vergi verdiyi halda filmə 30-40 min kömək edirsə bu şəxs avtomatik olaraq vergidən azad olunmalıdır. Bu sistem bir çox ölkələrdə işləyir və film sahəsini qabağa aparır. Film də hər bir ölkənin göstərilən üzüdür. Film ilə çox nailiyyətlər əldə etmək olar. Filmin verdiyi mesajı dünyada heç nə verə bilmir. 

 

Müsahib sonda qeyd edir ki, bütün bu amilləri nəzərə alaraq Azərbaycan film sahəsini inkişaf etdirmək üçün müəyyən addımlar atmalıdır. 

 

 

Gülnisə Əfkari