Türkiyə-Ermənistan sərhədinə texnika yerləşdirilib?-"Ermənistanın məqsədi..." -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:07 11.03.2024

"Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib". Bu fikirləri erməni hüquq müdafiəçisi Karapet Poqosyan söyləyib.

 

Bəs bu iddialar nə dərəcədə düzgündür?

 

Bu barədə politoloq Samir Hümbətov "informator.az"a  açıqlamasında bu iddiaların həqiqətə uyğun olduğunu hesab etmədiyini bildirib:

 

"Türkiyə Ermənistanla sərhəddə hər hansı bir silah-sursat, ordu yerləşdirsəydi, Ermənistan bu hadisəni mütləq şəkildə video və ya şəkillərlə mediaya təqdim etmiş olardı. Əgər yoxdursa, bu sadəcə təxribat xarakterli iddia hesab olunur. Ermənistanın məqsədi bölgədə bilərəkdən gərginlik yaratmaqdır. Ermənistan regionda vəziyyətin gərgin olduğunu göstərməyən çalışır. Bilirik ki, Hindistan Ermənistanla silahlandırmaya doğru gedir və bunun müqabilində Ermənistan da bölgədə ona qarşı təhdid olduğunu göstərməlidir".

 

Fatimə Aslanova