"Hindistan Avropa bazarına çıxış əldə etmək istəyir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:37 11.03.2024

Hindistan strateji əhəmiyyətli ixracat üçün Ermənistana hava dəhlizi yaradır.

 

Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirə bilərmi? Hindistanın bu addımı daha nələrə səbəb ola bilər?

 

Məsələ ilə bağlı Politoloq Turan Rzayev "informator.az"a açıqlamasında qeyd edir ki, Hindistanın sərgilədiyi mövqe heç şühəsizki, regionda gərginliyi artıraraq Ermənistan-Azərbaycan arasındakı sülh gündəliyinə zərər vuracaq bir addımıdır:

 

"Xüsusilə də, nəzərə almaq lazımdır ki, son altı ay ərzində Hindistanın Ermənistanı silahlandırması pik həddə çatıbdır. Düzdür, bu silahlar keyfiyyət baxımından mübahisəlidir və dünya silah bazarında daha çox ikinci sinif silah qrupuna aid edilsə də, hər halda Hindistan bununla bir növ həm xarici bazara, həm də Ermənistan üzərindən Avropa bazarına çıxış əldə etmək istəyir. Bundan əlavə, Hindistan da geopolitik maraqları olan ölkədir ki, bu da Azərbaycan-Pakistan münasibətləri fonunda diqqət çəkir".

 

Hava dəhlizi məsələsinə gəlincə isə, politoloq söyləyir ki, bu yeni bir hadisə deyil,geri qoyduğumuz aylar ərzində də məsələ gündəmdə idi və bu Ermənistanın silahlanması, regionda güclənməsi istiqamətində, eləcə də silah bazarındakı balansın pozulmasında Hindistanın da iştirakına real zəmin yaradır".

 

Aytac Kərimova