ƏDV qəbzləri pulla satılır?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:08 14.03.2024
Son aylar sosial şəbəkələrdə ƏDV qəbzlərinin kilo ilə satıldığına rast gəlinir. Belə ki, kilosu 45-50 manat, dəstə-dəstə, səliqəli halda bükülmüş halda olduqda isə kilosu 65 manata təklif olunur.
Bəs, qanunveriçilikdə bu hal nə qədər doğrudur?
Məsələylə bağlı “İnformator. az”a müsahibə verən iqtisadçı ekspert Elçin Rəşidov qeyd edir ki, bu halın olması dövlət aparatında əlavə yükdür:
“Bu vəziyyəti İqtisadiyyat Nazirliyi yaradıb. Belə ki, nazirlik həmin kassa qəbzlərində olan QR kod vasitəsilə ƏDV geri al kompaniyası başladıb. Ödəniş etdikdən sonra kart yaxud nəğd ödənişdən asılı olaraq 10-15 % geri alınır. Bu hal böyük inzbati çətinlik yaradır. Yəni, dövlət aparatında əlavə yükdür. İstehlakçılar ƏDV-in bir hissəsin almasalar da, onlar üçün də müəyyən problemlər yaranır. Hazırda bunun yan təsirlərindən biri ƏDV qəbzlərinin üstündə QR kod olan qəbzlərin satışı baş verir. Bu hal labüddür. Çünki, alıcılar müxtəlif səbəblərdən qəbzləri götürməkdən imtina edirlər. Belə olduğu halda kassalarda xeyli sayda qəbzlər yığılır və qaydaya uyğun olaraq kilo ilə satılır. Prosesin iqtisadiyyat üçün heç bir müsbət tərəfi olmasa da, qanunvericilikdə buna zidd olan bir qanun yoxdur”.
Azər Abuşov