İsraildən süni yağış təklifi: "Mümkün deyil ki,..."-Ekspertdən ETİRAZ
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:25 14.03.2024
İsrail Azərbaycana süni yağış təklif edir. Ölkədə su qıtlığının qarşısının alınması layihəsini İsrail Milli Su Agentliyi təklif edib.
Azərbaycan bu təklifi qəbul edəcəkmi? Süni yağışın mənfi və müsbət tərəfləri nələrdir?
Məsələ ilə bağlı ekaloq Qorxmaz İbrahimli ‘’informator.az’’a açıqlamasında bildirib ki, Azərbaycanda indiyə qədər yağıntıların paylanılması, düşən orta illik yağıntılar və s. məsələləri ilə bağlı Milli Elmlər Akademiyasının Coğrafiya insititunda hideralogiya fakültələrində bir çox ciddi araşdırmalar var:
"Bu qədər vəsait yatırıb, 2 il ərzində İsrail şirkətinin burada araşdırmalar aparmasına gərək yoxdur. Çünki Azərbaycanda kifayət qədər kreativ düşüncəli bilim insanları, ekspertlər var, bir çox mütəxəssislər bunun üzərində işləyə bilərlər. Azərbaycan ciddi şəkildə su qıtlığı yaşamır. İlk növbədə biz ibtidai təhsil qanunu qəbul etməliyik. Bu qanun elə olmalıdır ki, uşaq baxçasından başlayaraq, ibtidai sinifi bitirənə qədər uşaqlar su istifadəsi daxil bir çox məsələləri, millətin təməl vacibiyyətini orada öyrənməlidir. Ağılı formalaşdıracaq yer ilk olaraq ibtidai təhsildir. Bunları həyata keçirmək üçün kifayət qədər mütəxəssisimiz var. Azərbaycanın valyutası xaricə axmamalıdır. Süni yağış İsraildə ehtiyac duyulur, artıq bundan imtina edirlər. Süni yağış kimyəvi maddələrin qatqısı nəticəsində yaranır. Mümkün deyil ki, onun yan təsirləri olmasın’’.
Qorxmaz İbrahinli bildirib ki, birinci növbədə israfdan qurtulmaq lazımdır:
"Bunun qarşısını alan selləmə-suvarmadır. Bitkiçilik və əkinçilikdə ixracat üçün çalışıb, həddindən artıq meyvə-tərəvəz yetişdirmək lazım deyil. Daha müasir üsullarla yetişən, az su tələb edən yerli bitkilərimizdən istifadə etmək lazımdır. Öncə daxili təlabatı ödəmək, sonra ixracatı düşünmək lazımdır. İsrail dövləti yeni bir şey kəşf etməyib. Onların dediklərini biz bilirik ki, evlərə çəkilən su boruları daxil hər şey sağlam olmalıdır ki, su itkiyə getməsin, böyük şəhərlərdə əhalinin suyu daha qənaətlə işlətməsi üçün elektron çeşmələrə keçilsin. Bu cihazların isə hər evdə olması üçün, idxalatçı şirkətlərə və ya istehsalçıya vergi endirimləri etməlidirlər ki, maya dəyəri aşağı düşsün.
Digər məsələ isə, maşınların yuyulmasıdır. Şəhərimizi nə qədər təmiz saxlasaq, maşınlarımız o qədər az yuyular. Maşını selləmə sularla yumağa ehtiyac yoxdur, bunun qarşısı alınmalıdır. Yuxarı Qarabağlar, Aşağı Qarabağlar, Şirvan Su Kanalı kimi böyük kanallar təmir olunmalıdır, su itkisinə yol verilməməlidir. Torpaqşünaslarımız çox yaxşı bilirlər ki, derenajların açılması, bizə bir xeyli xeyir edər. Ən azından paltar yumaq üçün istifadə edilə bilər. Kənd təsərrüfatında su ehtiyacı çox olan bitkiləri azaltmaq lazımdır. Süni yağış quraşdırılması elə də effekt verməz.
Sevinc Yarməmmədova