"Baydenin bu qərarı birbaşa seçkilərlə əlaqədardır"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:01 14.03.2024

ABŞ Ukraynaya yardım edəcəyini vəd edir. Bu addımın Rusiya-ABŞ münasibətlərini kəskinləşdirəcəyi gözlənilir.

 

Mövzunu "İnformator.az"a şərh edən politoloq Yusif Bağırzadə qeyd edib ki, NATO-Rusiya münasibətləri öz gərigin dövrünü yaşayır:

 

"Faktiki olaraq ABŞ administrasiyasının Ukrayna dövlətinə söz verdiyi uzaq məsafəli ballistik raketləri vermək istəməsi mövzusu həmişə gündəmdə olub. Lakin Bayden hökumətinin silahları Ukraynaya verilməsi yekdil qərarını ABŞ administrasiya qəbul etməyib. Çünki belə ehtimal olunur ki, həmin uzaq mənzilli raketlərlə Ukrayna Rusiya şəhərlərini atəşə tuta bilər. Bununla əlaqədar olaraq qərar bu günə kmi verilməyib. Bu gün qərarı artıq ABŞ administrasiyası verib. 

 

Yaxın günlərdə yəqin ki ABŞ administrasiyası Ukraynaya həmin uzaq mənzilli ballistik raketləri verəcək. Faktiki olaraq ABŞ-nin Ukraynaya tədarük etmək istədiyi və yaxın zamanda tədarük edəcəyi F16 qırıcıları da may ayına kimi Ukrayna dövlətinə təqdim olunacaq.. Bu, yenidən Ukrayna Rusiya münasibətlərini gərgin bir fazaya daxil olmasına şərait yaradacaq. Söhbət Ukrayna Rusiya müharibəsindən gedirsə, bu gərgin münasibətlər daha da pik həddə çatacaq. Həmin bölgədə bu müharibənin davamlı olması dünya ictimaiyyətini, NATO müttəfiqlərini- başda ABŞ olmaqla, bütün dövlətləri narahat edir".

 

Politoloqun fikrincə, Baydenin bu qərarı birbaşa ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədardır. Respublikaçıların seçkilərdə qələbə qazanmaq ehtimalları böyük olduğu üçün Bayden hökuməti tələsik belə bir addm atdı.

 

 

Banuçiçək Kalbalıyeva