Türk dünyasının mədəni irsinin qorunması üçün "yol xəritəsi" hazırlanacaq?-RƏY

Bölmə: Siyasət › ,
Tarix: 22:19 14.03.2024

Professor Dərya Örs: Türk dünyasının mədəni irsinin qorunması üçün "yol xəritəsi" hazırlanmalıdır.

 

Professorun fikirlərini "informator.az"a şərh edən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Türk dünyası hazırda özünü ən möhtəşəm anlarını yaşayır desək, səhv etmərik:

 

"Türk dövlətləri təşkilatı formalaşır, güclənir, genişlənir, ona olan maraq artır. Türk Dövlətləri Təşkilatına daxil olan qurumlar istər türksoy, istər Türk Akademiyası, Türk Parlamenti, Mədəniyyət fondu, Biznes Şurası və digər istiqamətdə olan qurumlar da genişlənməkdədirlər. Türk dünyasının gələcəyi ilə bağlı fikirlər səslənir, perspektivlər necə olmalıdır, hansı addımlar atılmalıdır, hansı işlər görülməlidir, deyə müzakirələr gedir. Yol xəritəsini artıq Türk Dövlətləri Təşkilatı 2030-cu ilə qədər "Türk dünyasının vizyonu" adı altında bir sənət hazırlanıb. Bu istiqamətdə müzakirələr gedir və bu istiqamətdə təkliflər var. Gələcəkdə perspektivdə Türk dünyası, Türk dövlətləri daha çox mədəni əlaqələr üzərində, mədəni məsələlər üzrə əlaqələrin güclənməsi istiqamətinə əhəmiyyət verməlidir, iqtisadi məsələləri sıxlaşdırmaq lazımdır və təbii ki bu potensialın hərbi müstəviyə də keçirilməsi çox önəm daşıyır. Hazırda siyasi münasibətlər yüksək səviyyədədir, amma siyasi əlaqələrin altı bazası iqtisadi, mədəni, hərbi istiqamətdə olan çalışmalarla gücləndirilməlidir. Gələcəkdə "Türk dünyasının vizyonu" ilə bağlı ”Yol xəritəsi” və çalışmalar hazırlanacaqsa, bu məqamların nəzərə alınması inteqrasiyanı sürətləndirən, birliyimizi gücləndirən amil olar".

 

 

Tehran Yusifli