Bakı siyasi arenada: XI Qlobal Bakı Forumu nə vəd edir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:10 15.03.2024

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

 

Artıq ənənəvi şəkil almış və XI dəfə təşkil olunan, nüfuzlu siyasi liderləri Bakıya toplayan bu forum dünyaya nə vəd edir?

 

Sözügedən Forumu “İnformator.az”a şərh edən politoloq Zeynal Əmrəliyev bildirir ki, dünyada az sayda ölkələr var ki, bu cür mötəbər tədbirlərə ev sahibliyi edir, bunlardan biri də Azərbaycandır:

 

"Qlobal Bakı forumu artıq mötəbər bir tədbirə çevrilməkdədir. Dünya dövlətlərindən xeyli sayda mötəbər qonaq bu tədbirdə iştirak edir. Dünyada az sayda ölkələr var ki, bu cür dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edə bilirlər və onların tədbirlərinə belə mötəbər qonaqlar gəlir. Azərbaycanın dünyada artab nüfuzu, dövlət başçısının yüksək siyasi - diplomatik siyasəti bizim dövlətin bir çox dövlət və nüfuzlu ictimai xadimlər arasında xüsusi rəğbət olunan dövlət səviyyəsinə gətirib. Həmin şəxslər öz ölkələrində sözünə etibar edilən, nüfuzlu şəxslərdir. Onların Bakıda yığışaraq qlobal məsələləri müzakirə etməsi, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini öyrənməsi, öz ölkələrində Azərbaycan haqq işini müdafiə etməsi həm də dövlət başçısının uğurlu diaspor fəaliyyətini göstərir. Prezidentin Azərbaycan - Ermənistan sülh prossesi ilə bağlı fikirlər səsləndirdi, ölkəmizin ədalətli mövqeyi ilə bağlı qonaqları məlumatlandırıldı. Həmçinin Fransanın neokolanizm siyasətinin ifşası, Xurşudbanu Natəvanın heykəlinin təhqir edilməsi, İlham Əliyevin həmin şəkilləri göstərərək bu vandallığı qonaqların diqqətinə çatdırması ilə biz bizə qarşı olan ədalətsiz yanaşmanı dünya ölkələrinin diqqətinə çatdırmış olduq. Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbirə məktub göndərərək qonaqları salamlaması və sülh danışıqları ilə bağlı verdiyi dəstək də ermənilər və onların havadarları da dərin məyusluq hissi yaradıb".

 

Politoloqun sözlərinə görə, Dünya mətbuatında bu foruma geniş yer verilməsi artıq Qlobal Bakı Forumunun dünyaya əsas toplantılardan birinə çevrildiyini sübut edir.

 

 

Azər Abuşov