NATO-nun Baş katibi Azərbaycana səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 20:44 15.03.2024

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək.

 

Səfərin əsas məqsədi nədir?

 

Bu barədə "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, NATO-nun baş katibinin Azərbaycana səfəri bir daha ölkəmizə diqqətin nəticəsidir:

 

"İstər regional, istərsə də dünya dövlətlərinin yürütdüyü siyasətdə Azərbaycanın rolu danılmazdır, ələlxüsus Qarabağ zəfərindən sonra sözünü deyən dövlət kimi hesablaşılması zəruri oluna güc olaraq belə səfərlər labüddür. Həm Rusiya - Ukrayna, həm İsrail - Həmas toqquşmalarının fonunda həm də maraqların toqquşduğu bir zamandayıq. Azərbaycan - Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin ləngiməsinə, sərhədlərin delimitasiya və demarkasiyasına hər cür vəchlə mane olan tərəflər var. Əsasən son dönəmdə Avropa ölkəsi olan Fransanın Azərbaycana qarşı tutumu heç cürə qəbuledilməzdir. Şübhəsiz ki, regional maraqlar çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək. O, səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək".

 

Politoloqun fikrincə, münasibətlərin yeni müstəviyə keçid etməsi, regional narahatlıqlar barədə də müzakirələr gözləniləndir.

 

 

Sevinc Yarməmmədova