Uzmandan yuxu problemlərinin həlli yolları
Bölmə: Maraqlı › ,Tarix: 22:42 15.03.2024
Yuxunun həm uşaqlar həm də böyüklər üçün fiziki, zehni sağlamlıq üçün çox vacib olduğunu qeyd edən Uşaq Sağlığı və Xəstəlikləri Uzmanı Dr. Burçin Yorganci Kale, Dünya Yuxu Günü münasibətilə etdiyi açıqlamalarda özəlliklə uşaqların yuxu problemlərinin həlli yolları barədə tövsiyələr verib.
Yetərsiz yuxu uşağın psixoloji sağlamlığını, gündəlik həyatını və davranışlarına mənfi təsir göstərdiyini vurğulayan Uzman Dr. Burçin Yorganci Kale, həmçinin, uzun müddətli yuxusuzluğun bədənin metabolizmasının, immunitet sisteminin zəifləməsinə gətirib çıxardığını deyib.
"Uşaqlar, ilk 2 yaşda günün böyük hissəsini yuxuda keçirir. Yaşa görə gündəlik minimum yuxu ehtiyacı ilk 3 ay bir vaxt olmalıdır. 4-12 ay arası uşaqlarda 12 saat, 1-2 yaş uşaqlarda 11 saat, 3-5 yaş arası uşaqlarda 10 saat, 6-12 yaşlılar üçün 9 saat və 13-18 yaş arası uşaqlarda isə 8saat qəbul edilir. Müəyyən yaş həddinin yuxu saatları uşaqların yuxu problemlərinin həllinə yardım edir. Məktəb yaşındakı uşaqların gün ərzində yatmağa ehtiyacı olmadığı üçün gün ərzində sinifdə, avtobusda və ya evdə yuxulayan uşağın yuxu keyfiyyəti qiymətləndirilməlidir. Bundan əlavə, ibtidai məktəb yaşlı uşağın səhərlər özbaşına oyanması gözlənilir. Hər körpə fərqli xasiyyətlə doğulduğu üçün, xüsusən də körpəlik dövründə ailələrin uşaq sağlamlığını izləyərkən diqqət etmələri lazım olan ilk şey körpələrini yaxşı tanımaları və verdikləri ipuçlarını düzgün dəyərləndirmələridir".
İlahə Həsənova