Tarixi Xudafərin körpüsünün bərpası: -Yenidənqurma və əməkdaşlıq

Bölmə: Siyasət › ,
Tarix: 23:49 15.03.2024

Azərbaycan və İran tarixi Xudafərin körpüsünün bərpasını görüş zamanı müzakirə edib. 

 

Bəs, bu məsələ elektroenergetika sahəsində əməkdaşlıq məsələlərinə necə təsir edə bilər? 

 

Mövzuyla bağlı UNEC Beynəlxalq İqtisadiyyat Departamentinin dosenti, professor Emin Qəribli "informator.az"a açıqlamasında qeyd edir ki, elektrik stansiyalarının bərpası, yenidənqurma işlərinin hər biri bu gün çox vacib məsələlərdəndir:

 

"Xüsusilə də, Qarabağ ərazisində və ona yaxın ərazilərdə hidro-enerjidən istifadə olunması çox müsbət bir haldır. Bu tip layihələrin Azərbaycan-İran arasında olması isə dövlətlərarası əməkdaşlıqda öz sözünü deyir. Bizimlə əməkdaşlıq mövqeyindən danışmaq lazımdır, kiçik bir qüvvə olaraq olmaz. Eləcə də şimal-cənub nəqliyyat dəhlizi bu ərazidə mövcuddur ki, onun əhəmiyyətinin artırılması, müvafiq investisiyalar üçün də birgə işlər görülməlidir. Bu gün əməkdaşlıqlarımızdan çox şey asılıdır. Bu hər zaman bizim iqtisadi dayanıqlığımızı, korporasiyamızı təmin edə bilər".

 

Professorun sözlərinə görə, istər elektrik, istərsə də digər sahələrdə bizim əməkdaşlığımıza ehtiyac var və bu müsbət yönümlü münasibətlər ölkəmizin, xalqımızın rifahına xidmət edəcək.

 

Aytac Kərimova