Hər kiçik uşağın valideynlərindən eşitməli olduğu 10 şey

Bölmə: Maraqlı › ,
Tarix: 20:05 18.03.2024

Uşaqlıqdan qalan izlər fərdlərin münasibətlərindən tutmuş karyeralarına, çətinliklərin öhdəsindən gəlmək və sağlam həyat tərzi seçimləri etmək bacarığına qədər hər şeyə təsir edir.Uşaqların valideynlərindən eşitməli olduğu cümlələr:

 

1- Möhtəşəmsən

Hər bir uşaq ailəsini razı salmağa çalışır. Bu səbəblə onlar tərəfindən bəyənilmək onu çox xoşbəxt edər.

 

2- Cəsursan

Saç kəsdirmək, peyvənd etmək, dişini çəkdirmək kimi kiçik işlərdə belə övladınıza cəsur olduğunu söyləmək, ona qorxduğu və tək hiss etdiyi zaman özünü təsdiqləməyə kömək edəcək.

 

3- Bunu edə bilərsən

Bu sözlər uşağınızın özünə inamını artırmaq üçün vacibdir.

 

4-Mənə hər şeyi deyə bilərsən

Uşağınıza söylədiyiniz bu cümlə uşağınızın emosional olaraq təhlükəsiz hiss etməsinə kömək edəcək və düşüncələri ilə sizə güvənə biləcəyini xatırladacaq.

 

5-Üzr istəyirəm

Uşaqların valideynlərinin üzr istəməsinə ehtiyacı ola bilər. 

 

6-Səhvlər ola bilər

Bunu demək uşağınıza öyrədir ki, cəhd edib uğursuzluqla qarşılaşmaq normaldır.

 

7-Ağlamaq pis bir şey deyil

Hamımız bilirik ki, kədər, qəzəb və qorxu kimi duyğular mövcuddur və bəzən duyğularımızdan biri bizə meydan oxuya bilər. Bu da çox normaldır. Buna görə də, vaxtaşırı ağlamaq özümüzü daha yaxşı hiss etməmizə kömək edən bir vasitədir.

 

8-Səninlə fəxr edirəm

Bu, hər bir uşağın eşitməli olduğu təsirli bir ifadədir. Onunla qürur duyduğunuzu ifadə etmək ona həyatı boyu nələrəsə cəhd etməyə kömək edə bilər.

 

9-Hər zaman yanındayam

Bu, fiziki bir təklifdən çox psixoloji təhlükəsizliyi təmin edən ifadədir. 

 

10-Nə olursa olsun, səni sevirəm

Uşaqlar uğursuz olduqda və ya qaydaları pozduqda valideynlərinin sevgisinə şübhə edə bilərlər. Bu səbəblə ona sevildiyini hiss etdirmək və bunu ifadə etmək onu daha yaxşı hiss etməsinə səbəb olacaq.

 

Lamiyə Cənnətzadə

Mənbə:N-Life