Sizi daha cəlbedici edən 6 davranış
Bölmə: Maraqlı › ,Tarix: 20:09 18.03.2024
Bəzən insanlarla ünsiyyət qurmaqda və sosial mühitə uyğunlaşmaqda çətinlik çəkirsinizsə, yeni şeylər sınamaqdan çəkinməyin. İnsanlarla ünsiyyətinizdə kiçik dəyişikliklər etməklə daha cəlbedici bir insan ola bilərsiniz. Etməli olduğunuz şeylər:
1.İnsanların danışmasına icazə vermək
Kiminsə söhbətini kəsmək, mövzunu başqa istiqamətə yönəltmək hörmətsizlikdir. Kimsə danışanda ona cümləni bitirmək və fikirlərini ifadə etmək üçün vaxt verin.
2.Başqalarını xüsusi hiss etdirmək
Hər kəsin diqqət axtarışına cavab vermək mümkün deyil. Amma bəzən hiss edirsən ki, o insan özünü xüsusi hiss etməlidir. Belə vaxtlarda suallar verin və bütün diqqətinizi həmin insana verin.
3.Göz təması qurun.
Söhbət əsnasında göz təmasından qaçmayın, hətta kiçik bir təbəssüm edin.
4.Problem nə olursa olsun, sakit olun.
Həddindən artıq emosionallıq və ciddilikdən çəkinin. Sakit qalmağa çalışın. Hər şeyi şəxsi qəbul etməyin. Mövzu sizi əsəbiləşdirsə belə, dərindən nəfəs alın və danışmağa başlayın.
5.Qüsurlarınızı bölüşməkdən qorxmayın.
Çoxumuz zəif və ya həssas görünməmək üçün qüsurlarımızı gizlətməyə meylliyik. Lakin, nöqsanlarınızla nə qədər barışsanız və onları başqalarıyla kinayə ilə paylaşsanız, bir o qədər cəlbedici olacaqsınız.
6.Sükutu qəbul edin.
Bəzən söhbət zamanı yöndəmsiz bir sükut yaranır. Unutmayın ki, susmaq düşündüyünüzdən qat-qat güclüdür. Səssizliyin gözəlliyi ondadır ki, sizə düşünmək üçün vaxt verir.
Lamiyə Cənnətzadə
Mənbə:N-Life