Süni intellektin öyrənilməsi bir uşağın dil öyrənməsinə bənzəyirmi?
Bölmə: Maraqlı › ,Tarix: 23:02 18.03.2024
Əksər AI sistemləri trilyonlarla sözdən ibarət mətnlərlə öyrədilir. Uşaq dil öyrənərkən ildə milyonlarla söz eşidir. Bəs süni intellekt uşaqlar kimi dil öyrənə bilərmi?
Süni intellektin uşağın gündəlik təcrübəsindən söz və anlayışlar öyrənə bilib-bilməyəcəyi araşdırılıb.
Altı aylıqdan iki yaşa qədər bir uşağa baş kamerası taxılaraq video çəkilişlər aparılıb. Kamera uşağın oyanma vaxtının cəmi 1 faizini qeydə alıb və görüntülərin ümumi uzunluğu 60 saata yaxın olub. Qeydlərdə uşağın qidalanma, oxuma və oynama kimi vaxtlarda qarşılaşdığı təxminən 250 min söz olub. Süni intellekt sistemi, uşağın gözləri və qulaqları tərəfindən qəbul edilən məlumatları təqlid edən bu qeyd sistemindəki məlumatlar ilə öyrədilib.
Təlimin sonunda süni intellekt sınaqdan keçirilib. Bir söz və dörd fərqli şəkil variantı təqdim edilib və hədəf sözlə şəklin uuyğunlaşdırılmas istənib. Müəyyən edilib ki, süni intellekt sözləri cisimlərlə əlaqələndirə, uşağın gündəlik təcrübəsindəki söz və anlayışların çoxunu öyrənə bilər. Süni intellekt üçün qısa bir videodan belə real dil öyrənmənin mümkün olduğu göstərilib.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova