Paşinyanın açıqlamasında reallıq var -Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 22:19 19.03.2024

Nikol Paşinyan kəndlilərlə görüşdə bildirib ki, rəsmi İrəvan sərhəd kəndləri məsələsində Azərbaycana güzəştə getməkdən imtina edərsə, rəsmi Bakı həftənin sonunda müharibəyə başlayacaq. 

Bu mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Paşinyanın bəyanatı Ermənistanın Azərbaycana güzəştə getməsi kimi təqdim etmək düzgün deyil. Bu, beynəlxalq hüququn tələbidir. Azərbaycanın 8 kəndi qeyri-şərtsiz qaytarılmalıdır:

"10 noyabr 2020-ci il Rusiya başda olmaqla Azərbaycan və Ermənistan razılaşmasında Ermənistan Azərbaycan torpaqlarını geri qaytarması ilə bağlı öhdəlik götürüb. Ermənistanın baş naziri Paşinyan həm beynəlxalq platformalarda, həm də Münxen Təhlükəsizlik Konfransında çıxışlarında Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıyıb. Bu tanımaq ilə Azərbaycana aid olan 8 kəndin geri qaytarılması ilə bağlı sənədə imza atıb. Bu kəndlər Azərbaycan sərhədinə bitişik kəndlərdir. Bu məsələ Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası əlaqədar komissiya görüşündə ön plana çəkilir".

Politoloqun sözlərinə görə, Ermənistan Rusiya razılaşmasına görə Ermənistan sərhədlərini Rusiya sərhəd və təhlükəsizlik qoşunları qorumalıdır:  

"Yaxın günlərdə Rusiya o kəndlərin arxasına öz qoşunlarını yığmaq niyyətindədir.Paşinyanın Ermənistan ilkin olaraq 8 kəndin 4-nü qaytarmasa, həftənin sonuna kimi müharibə olacağı ilə bağlı açıqlamasında reallıq var. Paşinyanın bu açıqlaması birbaşa Ermənistan cəmiyyətinə və müxalifətinə yönələn mesajdır".

 

 

Asiman Hafizqızı