Mənim müəllimim

Bölmə: Maraqlı › ,
Tarix: 22:35 19.03.2024

Müəllimlər kimi başqa insanların inkişafına həsr olunmuş peşəkar qrup yoxdur. Analar rahatlığı ilə sevimli sərvəti olan övladlarını müəllimlərdən başqa kimlərin əlinə əmanət edə bilər ?

 

Gələcəkdə necə insanlar olacağımıza təkcə bilik baxımından deyil, həm də dəyərlərimizə təsir etməklə söz sahibi olan müəllimlərdir.


Bu səbəbdən onların vəzifəsi mühümdür, ona görə də işini layiqincə görən hər bir müəllim müqəddəsdir. Müəllimlər həm böyük məsuliyyətli, həm də çətin bir yolun yolçularıdır. M.K Atatürkün dediyi kimi: "Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər". Elə mənim əziz, müəllim adına layiq olan, öz peşəsinin peşəkarı ədəbiyyat müəllimim, Könül Rza xanım kimi.


Həqiqətən, öz ədəbiyyatını bilməyən gələcəkdə uğur qazana bilməz deyib, əziz Könül müəllimimin mənə ədəbiyyatı yaşadaraq öyrətməyindən danışmaq istəyirəm.
Ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi mənə öyrədən müəllimim, tək ədəbiyyatı mənə öyrətməklə qalmayıb, mənə uğur sandığının beşiyi olan uğur yolunu göstərirdi. Hər zaman öz dəstəyini üzərimdən əsirgəməyərək atdığım hər uğurlu addımın arxasında o dayanırdı.
Mənim Könül müəllimim hər cür fədakarlığı qəbul edir və bütün çətinliklərin öhdəsindən gələrək ürəklərdə yer almağa layiq olurdu. O, təkcə şagirdlərinə ,yox, hər kəsə bəşəriyyətin xeyrinə olan hər şeyi öyrədir və məsləhət görürdü.
Yaxşı ki, Könül xanım mənim müəllimimdir. O mənə sədət yolunu tapmaqda yol göstərib.


Məqaləmə Ulu Öndər Heydər Əliyevin sözləri ilə yeyunlaşdırmaq istəyirəm: "Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram"!

 

Soltanov Mayıl