Yerə güclü maqnit qasırğası yaxınlaşır- təhlükəli tarixlər AÇIQLANDI

Bölmə: Maraqlı › ,
Tarix: 23:47 19.03.2024

Ekspertlərin məlumatına görə, martın 17-də Qrinviç vaxtı ilə saat 01:00-da Günəşdə iki tac kütləsinin atılmasına səbəb olan püskürmə baş verib: biri cənub-şərq istiqamətində, digəri isə cənub-qərbdə.

 

Kosmik Havanın Proqnozlaşdırılması Mərkəzinin (SWPC) mütəxəssisləri püskürmələrin Yerə doğru trayektoriyada olduğunu və martın 20-də və 21-nin başlanğıcında təkrar afterşoka çatacağını iddia edirlər.

 

Proqnozlar göstərir ki, Yerin geomaqnit sahəsi martın 20-nin birinci yarısında sabit qalacaq. Lakin martın 20-nin sonrakı saatlarında aktiv fazalar və G1 kateqoriyalı maqnit qasırğası ehtimalı var. 

 

Vüqar Alışov