"Google" ən güclü süni intellektini pulsuz istifadəyə verdi!

Bölmə: Maraqlı › ,
Tarix: 20:13 27.03.2024

Google Gemini 1.5 Pro modelini təqdim etməklə bu günə qədər ən qabaqcıl süni intellektini işə salıb .Tərtibatçılar və istifadəçilər artıq Gemini 1.5 Pro-nun imkanlarından istifadə edə bilərlər. Bəs, yeni süni intellektin xüsusiyyətləri nələrdir?

 

Google Gemini 1.5 Pro pulsuz təklif olunur və Gemini 1.5 Pro təbii dil emalında irəliyə doğru böyük bir sıçrayışı təmsil edir. Model 1 milyona qədər jeton tuta bilir ki, bu da əvvəlki versiyalardan xeyli böyükdür. Google-un açıqlamasına görə, bu o deməkdir ki, o, bir saatlıq video, 11 saat audio və 30 min sətirdən çox kod ehtiva edən faylı emal edə bilər.

 

Sınaq aparılan zaman məlum olub ki, Gemini 1.5 Pro 1300 səhifəlik “Müharibə və Sülh” romanını cəmi 305 saniyəyə təhlil edə bilir.

 

Hazırda Gemini 1.5 Pro-a tamamilə pulsuz daxil ola bilərsiniz. Əvvəlcə  Google səhifəsinə daxil olmalı və Google hesabı  açmalısınız. Daha sonra platforma vasitəsilə süni intellektə çıxış əldə edəcəksiniz. Lakin yaddan çıxarmaq olmaz ki, model hələ sınaq mərhələsindədir və səhv cavablar verə bilər. Bu çərçivədə Google istifadəçilər tərəfindən alınan nəticələri izləyəcəyini və buna uyğun olaraq süni intellekt modelini inkişaf etdirəcəyini də bildirib.

 

Aydan İsayeva

Mənbə:shiftdelete.net